adalet.az header logo
  • Bakı -°C
01 Noyabr 2026 12:20
78
GÜNDƏM
A- A+

Sumqayıt çörəyi ucuzlaşdı...

Bu gün bir çox çörəklərin və çörək məmulatlarının qiyməti  əvvəlki vaxtlara nisbətən xeyli bahadır. Sovet dönəmində 90 qəpiyə üç çörək almaq olardı! Amma indi 90 qəpiyə bir çörək düşür.

Elə çörək var ki, biri 1 manat, 1 manat 50 qəpiyədir! Yenə şükürlər olsun ki, ölkəmizdə çörək boldur! Burda böyük şair Səməd Vurğunun bir misrası yada düşür:" Çörək bol olarsa, basılmaz vətən !" Bütün başqa ərzaq və qida məhsulları olmadan keçinmək olar, ancaq çörəksiz yox! Heç nə olmasa, təkcə çörək olsa , insan acından olmaz! Elə bil ki, mətləbdən bir qədər uzaq düşdük! Sumqayıt çörəyindən danışırdıq.

Qara, kəpəkli çörəkdən! Bu çörək digər çörəklərdən həm qiymətinə, həm də keyfiyyətlinə görə fərqlənir! Əvvəllər bu 700 qramlıq çörəyin qiyməti 1 manat idi. Sonra get-gedə bahalaşdı və gəlib qiymət 1 manat 25 qəpiyə çatdı. Son günlər isə bu bərəkətli çörəyin qiyməti ucuzlaşıb, 1 manat 14 qəpik olub. Təzə qiyməti görən alıcılar ucuzlaşmaya  görə çox sevinir! Təki çörək bol  və ucuz olsun! Bunun ilk növbədə hamıya xeyirli var!!!

Emil FAİQOĞLU