adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
26 Noyabr 2021 17:47
347
ELM VƏ TƏHSİL
A- A+

Qiyabi təhsil alan tələbələrə kredit nə üçün verilmir? - Nazir müavini açıqladı

Qiyabi təhsil alanların əmək bazarına çıxışı olduğu üçün onlara təhsil-tələbə krediti verilməsi nəzərdə tutulmayıb.

Adalet.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Təhsil TV-nin "Təməl" verilişində qonaq olarkən deyib.

O bildirib ki, qiyabi təhsil alan tələbələr çalışıb təhsil haqlarını ödəyə bilərlər, amma əyani təhsil alanların belə bir imkanı yoxdur.

"Həmçinin, qiyabi təhsil alanların sayı çox deyil. Bu gün 266 min tələbə varsa, onlardan sadəcə 13-15 min tələbə qiyabi təhsil alır", - deyə nazir müavini qeyd edib.