adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Noyabr 2021 14:20
545
İQTİSADİYYAT
A- A+

Rusiyada mədən qəzası və dünyanın ən faciəli mədən partlayışları: Bir gündə 1549 nəfər öldü...

Bildiyiniz kimi bu gün Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində partlayış baş verib.


Adalet.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Yaralılardan 2-nin vəziyyəti ağırdır.
Rusiyada baş verən mədən qəzası dünyada baş vermiş mədən qəzalarını yenidən gündəmə gətirdi. Dünyanın ən böyük mədən qəzalarını sizə təqdim edirik:

1. 10. dekabr 1866-cı il – York-Şir, İngiltərə

İngiltərənin tarixinə ən ağır qəzalar kimi düşmüş Oaks mədən qəzasında 388 nəfər ölüb. Faciə partlayış nəticəsində baş verib.


2.10 Mart 1906-cı il – Fransa

Fransanın şimalındakı Courrieres mədənində kömür tozu partlaması nəticəsində 1099 nəfər həlak olub. 13 işçi isə 20 gün yer altında qaldıqdan sonra xilas edilib. Kömür tozunun alovlandırdığının dəqiq səbəbi heç vaxt tapılmadı. Bu faciə Avropanın ən qorxunc  mədən faciəsi  kimi tarixdə qalır.

 

 

3. 6 dekabr 1907-ci il, Virginiya, ABŞ

Monongah mədənində qəza nəticəsində 352 nəfər ölüb. Amma qeydlərin düzgün aparılmadığına görə, ölənlərin 500 ətrafında olduğu bildirilib.

 

4.14 oktyabr 1913-cü il – Böyük Britaniya

Senghenydd mədənində 439 fəhlə həyatını itirib.

 


5. 15 dekabr 1914-cü il - Kyuşu, Yaponiya

Yaponiyanın Mitsubishi Hojyo kömür ocağında qaz partlaması nəticəsində 687 fəhlə həyatını itirib. Bu Yaponiya tarixinə ən ağır mədən faciəsi kimi daxil olub.

 

6. 26 aprel 1942-ci il - Benxihu, Çin

1905-ci ildən istifadə edilən,  çinlilərə və yaponlara məxsus olan kömür mədənində partlayış baş verdi. nəticəsində mədən işçilərinin 1549- u həlak olub.
İşçilərin cəsədlərinin çıxarılmasına isə 10 gün vaxt sərf olunub. 31 yapon, qalanları isə çinlilər olan meyitlər  kütləvi qəbirdə dəfn edildi.

 


7. 21 iyun 1960-cı il, Cənubi Afrika

Cənubi Afrikanın ən ağır iş faciələrindən biri olan Coalbrook qəzasında 437 fəhlə yer altında qaldı. Onlardan heç biri xilas edilmədi.


8. 9 noyabr 1963-cü il - Omuta, Yaponiya

Omuta şəhərində Mitsui Miike kömür mədənində karbonmonoksit zəhərlənməsinə görə 458 nəfər ölüb. Bu artıq mədən sənayesi ilə bağlı ölkədə ikinci böyük və faciəvi hadisə idi. Bütün bunlara baxmayaraq həmin mədən 1997-ci ilə kimi işlədildi. 


9. 28 May 1965-ci il - Dhanbad, Hindistan

Kömür mədənində baş verən yanğında 375 fəhlə həlak olub.

 


10. 6 iyun 1972-ci il, Vankie, Zimbabve

Vankie kömür mədənindəki faciə 426 nəfərin həyatına son qoydu.


11. 27 dekabr 1975-ci il - Çasnala, Hindistan

Burada partlayış zamanı 372 mədən işçisi həyatını itirib.

 


12. 14 may 2014-cü il- Türkiyə,  Manisa

Manisa  şəhərindəki özəl bir şirkətə aid olan kömür mədənində partlayış olduğu üçün yanğın baş verib. Mədən partlayışında 200 -dən çox insan ölüb, yüzlərlə yaralı olub.

 

 Əntiqə Rəşid