adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Noyabr 2021 13:45
2860
KRİMİNAL
A- A+

Azərbaycanlı "Fedya"nın dəstəsi ələ keçdi

Rusiyanın Tver vilayətinin Kimrı şəhərində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dəstə üzvləri reketçilik, quldurluq, soyğunçuluq və narkotik alverində günahkar bilinirlər. 

Məlumata görə, dəstəyə “Fedya” ləqəbli Əliyev Firudin Tahir oğlu rəhbərlik edirmiş. Dəstə illərdir Kimrı şəhərini qorxu altında saxlayırmış.

Axtarış zamanı onların yaşadığı mənzillərdən külli miqdarda silah, avtomobil qaçırmaq üçün xüsusi düzəldilmiş alətlər, saxta pasportlar götürülüb.

Xəbərdə o da deyilir ki, saxlanılanlar əksəriyyəti əvvəllər məhkum həyatı yaşayıblar. Onları yerli hüquq-mühafizə orqanlıarının himayət etdiyi də bildirilir. Hazırda bu istiqamətdə araşdırma aparılır.