adalet.az header logo
  • Bakı 19°C
05 Noyabr 2021 12:42
1258
DÜNYA
A- A+

ABŞ-ın qorxulu yuxusu gerçəkləşir

Bolqarlar Belarusiya - Rusiya razılaşmasına sevinir

Bolqarıstanın "Fakti" qəzetini Rusiya və Belarusiya dövlətləri arasında imzalanan inteqrasiya ilə bağlı İttifak dekretini şəhr edir.  Çoxları qeyd derlər ki, bu razılaşma daha böyük hadisələrin başlanığıcıdır.
  
"Belarusiyanı ikinci Ukrayna kimi koloniyaya çevirmək istəyən ölkələr, xudafis...", "Burda pis nə var ki, digər keçmiş sovet tespublikaları da bu razılaşmaya qoşula bilər"..., "Rusiya Krımı öz ərazisinə qatmaqla inteqrasiya üçün ilk addımını atmışdı"..., " Provoslav ölkələri Rusiya ilə ittifaqa can atsalar məhv olacaqlar"...", Bu gün Belarusiya və Rusiya, sabah Rusiya və paytaxtı Kiyev olan  Yenirusiya! Amerikan massonlarının dəhşətli yuxusu - Rusiya İmperiyası belə diriləcək!"...- deyə qəzetin oxucuları yazır.
  
Bu günlərdə videformatda keçirilən Rusiya və Belarusiyanın Yüksək dövlət şurasının konferasiyasında, Vladimir Putin və Aleksandr Lukaşenko 2021-2023-cü illər ərzində İttifaq dövlətinin yaranması üçün müqavilənin həyata keçirilməsi ilə bağlı dekreti imzaladılar. Sənəd iqtisadi inteqrasiya üçün 28 ittifaq proqramının həyata keçirilməsini,  yeni İttifaq dövlətlərinin hərbi doktrinasını və miqrasiya siyasətinin konsepsiyasını əhatə edir.

Rüstəm Hacıyev