adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Oktyabr 2021 10:37
1383
DÜNYA
A- A+

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü X sinifli partlayış qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında deyilir.

Məlumata əsasən, partlayış oktyabrın 28-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib.

Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.