Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.
Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər
24 Noyabr 2026 13:45
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
24 Noyabr 2026 13:44
"Korrupsiya iqtisadiyyat üçün ciddi fəsadlar doğuran "xəstəlik"dir" - Deputat
24 Noyabr 2026 13:32
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
24 Noyabr 2026 12:41
"Mülkiyyətin dövlət ehtiyacları hesabına özəlləşdirilməsi ədalətli olmalıdır" - Deputat
24 Noyabr 2026 12:22
Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur- Ərdoğan
24 Noyabr 2026 12:04
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
24 Noyabr 2026 11:59
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
24 Noyabr 2026 11:48


Bakı -°C

