Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir
Vəzifəli şəxs şəxsi maraqlarının onun xidməti vəzifələrinin icrasına təsir göstərməsinə yol verməməlidir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, maraqlar toqquşmasının qarşısını almaq üçün vəzifəli şəxs aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini görməlidir:
* aktivlərin özgəninkiləşdirilməsi;
* qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, konkret iş üzrə qərar qəbul etmə prosesində iştirakdan imtina edilməsi;
* normativ hüquqi aktlarda vəzifəli şəxs üçün nəzərdə tutulmuş hər hansı məhdudiyyətə (qadağaya) zidd təklifin rədd edilməsi;
* maraqlar toqquşması davam etdikdə vəzifədən azad olunması ilə bağlı müraciət edilməsi.
Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərin həlli, o cümlədən şəxsi maraqları üçün xidməti vəzifələrindən istifadə etməməlidir.
Vəzifəli şəxsin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o cümlədən vəzifəli şəxsin başqa işə keçmə ilə əlaqədar aldığı təklif maraqlar toqquşmasına səbəb ola biləcəyi halda, vəzifəli şəxs vəzifəyə təyin edildikdə, seçildikdə, yaxud qurumu təmsil etmək üçün ona xüsusi səlahiyyət verildikdə bu Qanuna uyğun olaraq həmin maraqların xarakteri barədə bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərə məlumat verməyə borcludur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
24 Noyabr 2026 13:48
Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək
24 Noyabr 2026 13:43
Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur
24 Noyabr 2026 13:42
Vəzifəli şəxslər üçün bu məhdudiyyətlər olacaq
24 Noyabr 2026 13:42
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar
24 Noyabr 2026 13:41
İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir
24 Noyabr 2026 13:39
Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək
24 Noyabr 2026 12:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilidi
24 Noyabr 2026 12:08


Bakı -°C

