adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 12:30
865
ELM VƏ TƏHSİL
A- A+

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər.

DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.