SON DƏQİQƏ:

Şəmkirdə 18 yaşlı qızı qaçıranlara elə cəza verildi ki...

  1379   |  
Şriftin ölçüsü  

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan İlham Kərimov, Orxan Babayev və Zahid Qayıbovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə İlham Kərimov 8 il 6 ay, Orxan Babayev 7 il 9 ay, Zahid Qayıbov 7 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məlumata görə, 28 yaşlı İlham Kərimov 18 yaşlı Arzunu (ad şərtidir) qaçırmağı qərarlaşdırıb.

Bunun üçün o, qohumuı Orxan Babayevə və dostu Zahid Qayıbova müraciət edib.

 İ.Kərimov deyib ki, Arzudan xoşu gəlsə də onun anası bu evliliyə razı olmayıb:

“Arzuya evlənmək istədiyimi, elçi göndərmək istədiyimi demişdim. Amma anası razı deyildi. Həmin gün Aydanın işlədiyi mağazaya getdim. Qolundan tutub, boynunu sıxanda ürəyi getdi. Arzunu qucağımda maşına mindirdim. Yolda ayıldı və onu buraxmağımı istədi. Arzuya onu zorla qaçırdığımı heç kimə deməməsini, onu buraxacağımı dedim. Arzu razılaşdı. Onu dayımgilə apardım”.

İlhamın sözlərinə görə, dayısıgil ondan qızı zorla qaçırıb-qaçırmadığını soruşub. O da hamıya qızın könüllü gəldiyini deyib.

Bundan sonra Arzu anasına mesaj yazaraq könüllü olaraq İlhamla gəldiyini deyib. Elə bu mesajdan bir neçə saat sonra onların olduğu yerə polislər gəlib.

Arzu dindirilən zaman deyib ki, İlahm ona evlilik təklifi edəndə onun şəklini anasına göndərib. Anası İlhamı bəyənmədiyi üçün ona “yox” cavabı verib. Arzu daha sonra baş verənləri İlham danışan kimi danışıb.

Məhkəmədə dindirilən Orxan Babayev və Zahid Qayıbov ifadələrində göstəriblər ki, İlham onlara Arzunun könüllü qaçmaq istədiyini deyib. Müttəhimlər bildiriblər ki, bu işdə heç bir cinayət əməlləri yoxdur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK