Əbülfət MƏDƏTOĞLU: QAÇA BİLMƏZSƏN
(Duyğu kökənli ovqat şeiri)
Dərman, həm də həkimsən
Bu dünyada TƏKimsən!
Sən sevməyə təhkimsən -
Qaça bilməzsən ondan!
Olmayaydı , -demə kaş...
Bil, itgidi ötən yaş!
Ömrün boyu sən də, baş -
Aça bilməzsən ondan!
Ah calaqlı, ah!- da gül
Gül ətri var, ahda, gül!
Sən qədərə bax , da gül -
Qaça bilməzsən ondan!
Bu gerçəkdi yüzdə yüz
Qalıb çöldə, düzdə düz...
Ha desən də əlni üz! -
Qaça bilməzsən ondan...
Digər Xəbərlər
18 Mart 2024 12:58