adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 09:47
802
DÜNYA
A- A+

Hindistanda qar uçqununda 11 nəfər həlak olub

Hindistanın şimalındakı Uttarakhand ştatında qar uçqunu nəticəsində azı 11 nəfər həlak olub.

Adalet.az-ın məlumatına görə, həlak olanlar arasında alpinistlər və bələdçilər var.

Qeyd olunur ki, 17 nəfərdən ibarət qrup bir neçə dağlıq ərazidə itkin düşüb. Oktyabrın 20-dən etibarən onların axtarışları başlayıb. Həmin qrupun qar uçqununa düşdüyü məlum olub.

Bugünədək 11 meyitlə yanaşı, iki nəfər sağ tapılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.