SON DƏQİQƏ:

Fəxrəddin Altun Ermənistanın təxribatlarından danışdı

  349   |  
Şriftin ölçüsü  

“Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlubiyyətə uğratdıqca, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.

Adalet.az-ın məlumatına əsasən, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.

O deyib ki, Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib.

“Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi”, - deyə o əlavə edib.

Fəxrəddin Altunun sözlərinə görə, Türkiyə Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub:

“44 gün boyunca bir yandan Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verərkən, digər tərəfdən də dezinformasiyalara qarşı birgə mübarizə apardıq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK