adalet.az header logo
  • Bakı 6°C
22 Oktyabr 2021 10:54
1948
ŞOU-BİZNES
A- A+

Oğluna maaşı 1700 manata 2 dayə tutan, milyonluq villası olan, 6468 manatlıq “Hermes Birkin” çantası götürən aktrisa...


"Alparslan" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Fahriyə Evcen 2 yaş yarımlıq oğlu  Karan üçün ikinci dayəsinə 1000 dollar (1700 manat) ödəyəcəyi mediada yer aldı. Məhz bu xəbərdən sonra paparatsilərin diqqəti aktrisanın yaşam tərzinə, geyimlərinə, aksesurarlarına yönəldi. 


 Ötən gün Türkiyənin məşhur cütlüyü Fahriyə Evcenlə Burak Özçivit və oğulları Karan ticarət mərkəzində görüntülənib.


Adalet.az  xəbər verir ki, aktyorlar müxbirlərin suallarını cavabsız qoyaraq məkandan uzaqlaşıblar.
Diqqət çəkən məqam isə aktrisanın çantası olub. F.Evcənin aksessuarının dəyəri 36 min 200 lirədir (Bizim pulla 6468 manat civarında)
 Həmin çantanın niyə belə bahalı olmasını araşdırdıq.


Məlum oldu ki, hələ 2017-ci ilin may ayında Honkonqda keçirilən “Christies” hərracında “Hermes Himalay Birkin” modeli təxminən 380 000 dollara satılıb. Nadir timsah dərisindən hazırlanan çanta qızıl və 245 brilyantlarla bəzədilib. “Himalay” adı bu çantaya dəri rənginin Himalay dağlarında günəşin doğmasını xatrılatdığına görə verilib. Auksion evinin nümayəndələri onun bahalığını modelin istehsalının dayandırılması ilə izah edib.


 Bəli, “Hermes” moda evinin məşhur “Birkin” çanta modelləri dünyada ən bahalı çantalar hesab olunur. Bu səbəbdən də sözügedən çantalara adətən varlı xanımlar və dünya ulduzları üstünlük verir. 2017-ci ilin məlumatına görə dünyada təxminən 200 000 “Bikrin” çantaları satılıb

 


Məlumata görə bir çantanın istehsalına 48 saat sərf olunur. Çanta təbii ki, əsl əl işidir. Ən bahalı “Birkin” çantalarının ən ucuzu təxminən 8500 dollardan başlayır.


Araşdırmalar göstərib ki, nadir “Birkin” modelinin qiymətini ildən-ilə 14,2% artırlar.
Araşdırmamızdan belə məlum oldu ki, Fahriyə Evcenin götürdüyü qadın çantası “Hermes” moda evinin məşhur “Birkin”çantalarındandır.\

 Əntiqə Rəşid