adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 11:35
2904
MARAQLI
A- A+

Atmosferə normadan artıq zərərli qazlar atılır

Bu gün nəinki ölkəmizdə, dünyada atmosferə müxtəlif nəqliyyat vasitələrindən, istehsalat sahələrindən, inşa edilən tikintilərdən normadan artıq zərərli qazlar atılır.

Bu isə insanların müxtəlif xəstəliklərə düçar olması deməkdir. 

Amma nə yaxşı ki, dünyada və ölkəmizdə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün böyük işlər və layihələr həyata keçirilir. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısını almaq üçün birgə fəaliyyət göstərirlər. 

Məsələn, Dövlət Yol Polisi İdarəsinin avto-texniki müfəttişlik şöbəsinin əməkdaşları və eləcə də qurumun digər şöbələri hər ay atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün reydlər keçirir. Bu reydlər həm Bakı şəhərində, həm də regionlarda mütəmadi olaraq davam edir. Belə ki, atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sahibləri, istehsalat sahələrinin və tikinti təşkilatlarının məsul şəxsləri inzibati qaydada məsuliyyətə cəlb edirlər.

Avto-texniki müfəttişlik şöbəsindən bizə bildirdilər ki, təbiətə və atmosferə atılan zərərli qazların qarşısının alınması üçün bundan sonra da mütəmadi olaraq tədbirlərin keçirilməsi nəzərdə tutulub və qanunu pozan heç bir fiziki, hüquqi və vəzifəli şəxslər yaxalarını məsuliyyətdən kənara çəkə bilməyəcəklər.

 Emil FAİQOĞLU