adalet.az header logo
  • Bakı 19°C
17 Oktyabr 2021 17:54
2065
İDMAN
A- A+

Mahir Emreliyə böyük maraq - SİYAHI

Mahir Emreli Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Bu barədə "sportowefakty.wp.pl" portalı xəbər yayıb. İddia olunub ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) klubları "Legia"da çıxış edən futbolçumuzla maraqlanır. 

Məlumata görə, həmin klubların skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər. Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.