adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Oktyabr 2021 11:21
1156
DÜNYA
A- A+

AUKUS silahlanmaya təkan verəcək

 ABŞ-Böyük Btitaniya və Avstraliyanın yeni yaratdığı AUKUS hərbi alyansı regional təhlükəsizliyi risk altına salacaq və digər dövlətləri silahlanmaya məcbur edəcək.

 Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin Asiya üzrə Ücüncü departamentinin direktoru Nikolay Nozdrev bəyan edib. Diplomat qeyd edir ki, alyansın hələki əsas praktiki vəzifəsi "Asiya-Sakit okeanı regionunda strateji vəziyyətə nəzarət etmək" bəhanəsi ilə, atom sualtı donanmasının yaradılmasıdır. "Bundan başqa, artıq məlumdur ki, avstraliyalılar amerikanlardan "Tomaqavt" tipli dənizdə istifadə etmək üçün qanadlı raketlər alcaq. Müqavilələrdə "yaşıl kontingentdə", ABŞ hərbi hava qüvvələrində olan bütün tip təyyarələrin bazası yerləşdiriləcək və digər ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Həmçinin Avstraliyanın Britaniyanın atomsuz sualtı qayıqlarından istifadə etmək imkanları da müzakirə oluna bilər"-deyə Nozdrev bildirib. "Bütün bunlar AUKUS-un regionda stabilyyə təhlükə yaradacağı bizi narahat edir və bu silahlanmaya təkan verəcək"- deyə diplomat bəyan edib. Rüstəm Hacıyev