adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Oktyabr 2021 11:45
1205
ƏDƏBİYYAT
A- A+

Əzrayıla mənim əvəzimə öz canını verib

Bəylər və xanımlar!Düz 40 ildir içimdə gəzdirdiym bir sirri,mistikanı sizinlə bölüşmək istədim.Bu mənim başıma gəlib.Həmişə susdum,bir yuxunu özümlə,ağrı,acı ilə daşıdım,yazıçı olmağıma baxmayaraq,hətta obraz yaratmadım.Qorxdum,bu mistilka nə idi ki,hələ də məni bu dünya ilə yaşadırdı.İstəsəydim super bir roman yazardım,amma cəsarətim çatmırdı.Söhbət ananın ,övladını virtual xilas etməyindən gedir.İndi yazıram.

Bunu nə qədər özümlə daşıyacam,yazıram ki,bəlkə ibrət olsun.1980-ci ilin fevral ayı,hərbi xidmətdə olarkən,gecə vaxtı bir dəşətli yuxu görürəm.Yuxuda necə qışqırıramsa kazarmada yatanlar yuxudan oyanırlar,amma məni yuxudan oyada bilmirlər,hətta həyacan siqnalı(bunu sonradan bilmişəm) verirlər.Yuxu isə belədir:Cənabi Əzrayıl yuxuma gəlir və ərz edir ki,hazırlaş səni aparıram.Vallah bu Dəli Domrul boyundan deyil.Mən də kazarmada,guya əcəldən qaçırmış kimi qışqırıram.O boyda hərbi hissədə mənə kömək edən yoxdur.Nəhayət yuxuda görürəm ki,anam əlində süpürgə peyda oıur.Süpürgəni yelləyir və deyir:Mən olməmişəm ki,övladımın canını alasan,Al məni.Bir azdan nəfəslikdən Əzrayıl və Anam uçub gedirlər.Əsl dəhşət də bundan sonra başlayır..1981-ci ildə əsgərliyimi bitirirəm.Gəlirəm yurduma,nə anam qarşıma çıxır,nə atam.Bir müddət gizli saxlasalar da,bu mümkün olmur.Təkidlərimdən sonra məni aparırlar qəbirstanlığa, valideynlərimin ziyarətinə.Cidanı çuvalda nə qədər gizlətmək olar?Qəmli-qəmli onları ziyarət edirəm və birdən ,anamın başdaşının üstündə yazılan tarixi gördükdə şoka düşürəm:Ölüm tarixi fevral,1980-ci il .Sən demə,anam Əzrayıla mənim əvəzimə canını təqdim edib və razılaşma baş tutub,ona görə də hər ikisi ,o kazarmanın nəfəsliyindən uçub gedib.Yazdım,indi rahatlaşdım.

Bu qədər,bu da qədərmiş.Ata və Ananın qədrini bilin!

Yunus Oğuz