adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Oktyabr 2021 13:24
1149
DÜNYA
A- A+

Çindən Üçüncü Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

ABŞ və Tayvanın hərəkətləri səbəbindən Üçüncü Dünya müharibəsi hər an başlaya bilər. Bu barədə Çin səlahiyyətlilərinin dəstəklədiyi “Global Times” qəzeti yazır.

Oktyabrın 5-də Çin ada ölkəsinin hava sahəsinə onlarla hərbi təyyarə göndərib.

Vaşinqtonla Tayvan arasındakı tərəfdaşlıq vəziyyətin praktiki olaraq “qarşıdurmanın astanasında manevr üçün bütün imkanların” itirilməsinə səbəb olub.

Çin xalqı ABŞ-la genişmiqyaslı müharibəyə dəstək verməyə hazırdır. Tayvana “odla oynamamaq” xəbərdarlığı edilir.

Böyük Britaniyanın “HMS Queen Elizabeth” gəmisi Filippin dənizində artıq iki ABŞ təyyarədaşıyan gəmisi ilə birgə təlimlər keçib. Manevrlərdə Yaponiyanın helikopter esminesi “JS Ise” də iştirak edib.

Keçirilmiş təlimlər Pekini qəzəbləndirib.

 Mk.ru