adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
05 Oktyabr 2021 10:16
616
DÜNYA
A- A+

Sərhəd qonşumuzda yarasalarda koronaviruslar aşkarlanıb

Rusiyada yarasalarda koronavirusun bir çox variantları aşkarlanıb.

Bunu “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya deyib.

Mütəxəssis izah edib ki, təbiətdə SARS-CoV-2 ilə yanaşı digər koronaviruslar da var və bunlar Rusiyada yarasalarda tapılıb. Ancaq yoxlanılan yarasalarda SARS-CoV-2 variantı hələ  ki, aşkar edilməyib.

Speranskaya bu yarasaların Rusiyanın bütün regionlarında rast gəlindiyini, ancaq onların az öyrənildiyini vurğulayıb.

 “RİA Novosti”