adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
28 Sentyabr 2021 12:52
632
DÜNYA
A- A+

Taliban BMT-yə nümayəndə göndərməyə hazırlaşır

Əfaqnıstanda hakimiyyəti ələ keçirən "Taliban" hökuməti,  Mohamməd Suxeyl Şahini BMT-yə daimi nümayəndə təyin edib və ümid edirlər ki, o, yaxın vaxtlarda Əfqanıstanı bu beynəlxalq təşkilatda təmsil edəcək.

"Keçmiş hökumətin BMT-dəki daimi nemayəndəsi Əfqanıstanı və onun əhalisini təmsil etmir. Onların xalq tərəfindən heç bir dəstəyi yoxdur... Bizi xalq dəstəkləyir və biz Əfqanıstanın bütün ərazilərinə nəzarət edirik. Əfqanıstanın BMT -dəki yeri bizim olmalıdır. Bu bizim hüququmuzdur. Ümid edirik ki, yaxın vaxtlarda hamı bunu dərk edəcək"- deyə Şahin bildirib.

Daha əvvəl, BMT Baş Assambleyasının rəsmi nümayəndəsi Monika Qreyli bəyan edib ki, Əfqanıstanın BMT -dəki daimi nümayəndəsi ölkəsinin Baş Assambleyadakı müzakirələrdə iştirak etməyəcəyini bildirib və ona görə də, Əfqanıstan Baş Assambleyanın sessiyasında müzakirələrdə iştirak edən ölkələrin siyahısından çıxarılıb.

Ötən həftə BMT baş katibinin müavini Fərxan Hak bildirimişdi ki, taliblər BMT-yə məktub göndərərək, keçmiş hökumətin təyin etdiyi Qulam İsakzay daha Əfqanıstanı BMT -də təmsil etmir vəTaliban hökuməti Mohamməd Suxeyl Şahini Əfqanıstanın BMT-də daimi nümayəndəsi təyin edib.

Gözlənilir ki, BMT-nin səlahiyyətlərin yoxlanılması komitəsi, Əfqanıstanı İsakzayın və yaxud taliblərin yeni təyin etdiyi Şahinin təmsil edəcəyi məsələsini araşdıracaq.

Rüstəm Hacıyev