adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Sentyabr 2021 19:05
615
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 1 594 nəfər COVID-19-a yoluxub - 26 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.