SON DƏQİQƏ:

Arzuxan Əlizadə: “Sözdə bizimlə “din qardaşı” olduğunu deyən qonşumuz...”

  351   |  
Şriftin ölçüsü  

İranın əsas kəşfiyyat qüvvələrindən hesab edilən SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməyə başlayıb. SPAH-ın təşkil etdiyi bu təlimlər Horadizin paralel istiqamətdə yerləşən Aslandüzdən İranın Culfa ərazilərinədək geniş ərazini əhatə edir. Hansı ki, II Qarabağ savaşında Horadizdən başlayaraq Mehri rayonuna qədər işğal altında olmuş ərazilərimizin işğaldan azad olunub. Sözügedən təlimlər də məhz bu ərazidə keçirilir. Burada diqqəti çəkən məqam odur ki, həmin ərazilər 30 ilə yaxın işğal altında olanda İran belə genişmiqtaslı təlimlər keçirməyib. O zaman indi belə təlimlər keçirməkdə məqsəd nədir?

Sulımıza cavab verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Adalet.az”-a belə dedi:

“İranın Azərbaycana yönəlik siyasəti ortadadır. Sözdə bizimlə “din qardaşı” olduğunu deyən qonşumuz Azərbaycan əraziləri işğal altında olan dövrlərdə də, həmçinin ondan sonrakı dönəmlərdə mütəmadi olaraq ermənilərə havadarlıq ediib və bu gün də etməkdə davam edir. Bununla əlaqədar çoxsaylı və təkzibedilməz faktlar var. Eyni zamanda o məlumdur ki, Azərbaycanın bölgədəki uğurlarını həzm etməyən qüvvələr yenə də "iş başındadırlar" və bu qüvvələr bizim qonşu İranla münasibətlərimizin daha da gərginləşməsində maraqlıdırlar. İran dövləti isə öz növbəsində Ermənistanla mövcud isti münasibətlərini pərdələmək üçün, pararlel olaraq anti-Azərbaycan təbliğatı aparmaqla bir növ öz hərəkətlərinə "bəraət" qazanmağa çalışır. Bütün bunlara baxmayaraq, xüsusilə də belə həssas məqamlarda hesab edirəm ki, daha təmkinli davranmaqla ən azından qonşuluq münasibətlərini qorumalıyıq. Onu da nəzərə almalıyıq ki, qonşu dövlətin ərazisində 30 milyondan artıq soydaşımız, Azərbaycan türkləri yaşayırlar. Bəzən ermənilər də yaranmış vəziyyətdən istifadə edərək İranla bağlı təxribat xarakterli feyk xəbərlər tirajlayırlar ki, Azərbaycan dövlətinin qonşuluğunda yeni bir cəbhə açılsın. İranla münasibətlərimizin gərginləşməsi ermənilərə hava su kimi lazımdır. O səbəbdən də məsələlərə adekvat reaksiya verməklə yanaşı bir qədər də təmkin nümayiş etdirməkdə fayda vardır. Azərbaycan qalib ölkə olmaqla yanaşı həm də bu gün güclü Orduya və güclü iqtisadiyyata malik olmaqla regionda söz sahibidir. Qardaş Türkiyə və Pakistanla mövcud münasibətləri də deyilənlərə əlavə etsək bir neçə il bundan əvvəlkindən tamamilə fərqli bir mənzərənin mövcudluğu göz önündədir. Artıq bölgəmizdə yeni güc mərkəzi formalaşıb, bu Azərbaycan, Türkiyə və Pakistan ittifaqıdır ki, təbii olaraq bəzi qonşu dövlətlər bu ittifaqa çox qısqanclıqla yanaşırlar. Tarix və zaman da göstərdi ki, dövlətçilik məsələlərində ən başlıca məqam təmkinlilik və səbrdir. Bizim üzərimizə düşən ən başlıca vəzifə ərazi bütövlüyümüzün tam təmin olunması üçün Ordumuzu daha da gücləndirməklə bölgədə dayanıqlı sülh və əmin amanlığa nail olmaqdır. Bu səbəbdən də yeni Zəfərlərə imza atmaq üçün hər bir məsələni diqqətlə ölçüb biçməli və adekvat qərarlar qəbul etməliyik”.

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK