adalet.az header logo
  • Bakı 28°C
20 Sentyabr 2021 14:03
672
DÜNYA
A- A+

BELƏ GƏMİLƏRƏ OKEAN DA DAR GƏLƏR

Sosial şəbəkələrdə “Wonder of the Seas” ( Dəniz möcüzəsi) adlı,  dünyanın ən böyük kruiz gəmisinin  videogörüntüləri yayılıb. Verilən məlumatlara görə, keçirilən  40-a yaxın sınaq zamanı kruiz gəmisi 2500 km məsafə qət edib və artıq açıq dənizə çəxmağa hazırdı.

362 metr uzunluğa malik olan bu nəhəg, artıq gələn ildən ABŞ və Avropa arasında hərəkət edəcək. Gəmi yay tətillərinə başlamaq üçün,  4 mart 2022 –ci ildə Karib adalarının Ford-Loderdeyle limanından çıxaraq, Barseloniyaya, ordan da Romaya  gedəcək.

Videokadrlrdan da görünür ki, tikintisi başa çatan  gəmini necə Fransanın  Sen- Hezer şəhərinin Şanter de Atlantik limanından qoşqular vasitəsi sınaq aparılması üçün  açıq dənizə çıxarırlar. Dörd gün ərzində gəmi 1550 dəniz mili qət edərək, demək olar ki, Londondan Nyu-Yorka olan məsafənin yarısını gedib. 40-a yaxın sınaq keçirən gəmi,  saatda 24 dəniz mili- 43 km-ə  qədər sürət yığa bilib.

 Sınaqlarda 500-ə yaxın adam iştirak edib. Gələn ilin may ayında “Dəniz möcüzəsi” Aralıq dənizindən Barselonaya, Pomaya, İtaliyanın Palma-de –Mayorka və Kapri istirahət mərkəzlərinə yeddi günlük səfərə çıxacaq.

 Royal Carribean şirkəti, yeni standartlara uyöun kamforta malik , lyuks kayutalarla, günəş vannası qəbul etmək üçün geniş terrassalara,  çox da böyük olmayan hovuzlara, barlara və s. malik gəmidə yüksək xidmət təklif edir.

“Yenilikçi gəmi, bütün yaşda olan sərguzəşt axtaranlar üçün yadda qalan olacaq və yaddaşların təzələyəcək”- deyə şirkətin yaydığı materiallarda bildirilir. Royal Carribean İnternational şirkətinin icraçı direktoru bəyan edib ki, “İlk səfər üçün yerləein bronlaşdırılması sürətlə artır. Bu bizi ruhlandırır, bu regionlar tamamilə yeni, Wonder of the Seas” innovasion gəmi ilə tanış olacaqlar”.

64 metr eni olan bu nəng gəmi, 6988 qonaq, 18 mərtəbədən ibarət gəminin 16 mərtəbəsində yerləşən kayutlarda dincələcək. Onlara 24 lift xidmət göstərəcək. Gəmidə 2300 nəfər daimi xidmət göstərəcək.

 

   Ruscadan tərcümə

  Rüstəm Hacıyev