SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR KƏNDİN İSTEDADLARI

  961   |  
Şriftin ölçüsü  

Dünyada ən gözəl hisslərdən biri odur ki, öz övladının arzusunun həyata keçməyini görəsən. Təbii ki, hər bir valideynin çox müqəddəs arzusu var. Və o arzular heç vaxt bitib-tükənmək bilmir. Belə arzulardan biri də insanlar övladlarını tələbə kimi görməsidir. Sözün açığı, tələbə adı uğrunda mübarizə aparan abituriyentlər heç də bu şərəfə və yüksək ada asanlıqla nail ola bilmirlər. Yəni, tələbə olmaq üçün orta məktəbdə yaxşı oxumalısan, çalışmalısan və gecə-gündüz müəllimlərin sənə verdiyi mövzuları öyrənməlisən. Başqa sözlə demiş olsaq,  on bir il kitab-dəftərlə «qol-boyun» olmalısan ki, öz arzuna qovuşasan.

Bu mənada hər bir şagird qarşısına məqsəd qoyur və bayaq dediyimiz kimi, o məqsəd uğrunda da mübarizə və mücadilə aparır. Əziyyət çəkənlər, çalışıb-vuruşanlar çox asanlıqla arzularına qovuşurlar.

Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki şəhid Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbin builki məzunları da sözün həqiqi mənasında həm valideynlərini, həm də müəllimlərini sevindirdilər. Çünki onlar düz 11 il gecə-gündüz çalışaraq öz məqsədlərinə çatmaq üçün mübarizə apardılar. Və bu da onun nəticəsi! Bu il məktəbi bitirmiş 31 məzundan 14-ü ölkəmizin nüfuzlu ali məktəblərinə tələbəsi adını qazanıblar. Üstəlik də, ötən il orta məktəbi bitirmiş 3 məzun da bu yüksək ada layiq görülüb.

Əlbəttə, hər bir arzuya gedən yolun çox enişli-yoxuşlu məqamları var və o məqamları keçmək, addımlamaq elə də asan olmur. Ən azından ona görə ki, əgər sən tələbə adını qazanmaq istəyirsənsə, hər cür çətinliyə və zəhmətə alışmalısan. Həmin məktəbi yüksək qiymətlə bitirən 4 məzun isə Tələbə Qəbulu Mərkəzinin keçirdiyi qəbul imtahanında çox yüksək bal toplayıblar. Məsələn, məktəbin məzunu Rüstəmli Qumru İlham qızı 650 balla Tibb Universitetinə,  Əliyev Ramin Rasim oğlu 578 balla Tibb Universitetinə, Allahverdiyeva Solmaz İlham qızı 572 balla Tibb Universitetinə, Əliyeva Aytac Seymur qızı 532 balla Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin stomatalogiya ixtisasına qəbul olunublar. Zarafat deyil, bir kənd məktəbindən 4 məzun ən pristijli ali məktəbə - Tibb Universitetinə qəbul olunub. Bir daha həmin məktəbin ali təhsil ocağına qəbul olunmuş məzunların adlarını hörmətli oxucularımıza təqdim edirik:

Rüstəmli Qumru İlham qızı – Azərbaycan Tibb Universiteti,  Əliyev Ramin Rasim oğlu - Azərbaycan Tibb Universiteti, Allahverdiyeva Solmaz İlham qızı - Azərbaycan Tibb Universiteti, Əliyeva Aytac Seymur qızı - Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi, Musayev Sadiq Teymur oğlu – BDU-nun maliyyə fakültəsi, Abdullayev Fehruz Şıxəli oğlu – UNEC Biznesin idarə edilməsi fakültəsi, Ələkbərova Təranə Suliddin qızı – BDU-nun coğrafiya fakültəsi, Quliyeva Xədicə Əhliman qızı – APİ-nin Ağcabədi filialı, Azərbaycan dili və ədəbiyyatı fakültəsi, Əliyev Ərgünəş Əhliman oğlu – APİ-nin biologiya fakültəsi, İsmayılov Məhərrəm Oruc oğlu – Azneft və Sənaye Universiteti, iqtisadiyyat fakültəsi, Əliyev Vaqif Vasif oğlu – Gəncə Texnologiya Universiteti, biznesin idarə edilməsi fakültəsi, Bayandurov Osman Cəfər oğlu – UNEC Zaqatala filialı, maliyyə fakültəsi, Aslanov Ceyhun Nizami oğlu – Azərbaycan Texnologiya Universiteti, qida mühəndisliyi fakültəsi, Səfərov Səid Gülmalı oğlu – BDU-nun sosiologiya fakültəsi, Əliyev Vüqar Abbasəli oğlu – Naxçıvan Dövlət Universitetinin xarici dil, alman dili fakültəsi.

Göründüyü kimi, Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbin builki məzunları çox yüksək zirvəni fəth ediblər. Bəziləri deyirlər ki, kənd yerlərində təlim və tədrisin səviyyəsi o qədər də yüksək deyildir. İndi baxın görün, ucqar bir kənddə təlim və tərbiyə, tədris necə yüksək səviyyədə qurulub.

Ümumiyyətlə, bu məktəbin öz ənənələri var. Və hər il çoxlu sayda məzun müxtəlif ali məktəblərin tələbəsi adını qazanır. Üstəlik də, bu uğurlar məktəbdə təhsil alan birincidən onuncu sinifə qədər hər bir şagirddə  böyük ruh yüksəkliyi yaradır. Təbii ki, bu ruh yüksəkliyini yaradan məktəbin direktoru çox təcrübəli, savadlı və böyük ziyalı olan Həsən Rzayev və pedaqoji kollektivdir. O pedaqoji kollektiv ki, orada həmişə yüksək nizam-intizam olub və məsuliyyət hissi yaradılıb. Əlbəttə, bu məsuliyyət hissi, nizam-intizam və tələbkarlıq olmasa, aydındır ki, təhsildə belə yüksək uğur əldə etmək mümkün deyil.

Məktəbin direktoru Həsən Rzayev bizimlə telefon söhbətində bildirdi ki, biz hər il məzunlarımıza çox böyük inam və etimad bəsləyirik. Ən azından ona görə ki, ilboyu müəllimlərimiz onların yolunda çox əziyyətlərə və zəhmətlərə qatlaşır, müasir texnika və texnologiyadan istifadə etməklə tədrisi yüksək səviyyədə qururlar. Bu da təbii ki, zaman-zaman öz bəhrəsini verir. Və eyni zamanda bizim məzunlarımız da müəllimlərimizin çəkdiyi zəhməti dəyərləndirir və ali məktəb tələbəsi adını qazanırlar. Onlar həm bizim, həm də valideynlərini sevindirirlər. Şagirdlər bağbanın əkdiyi ağaca bənzəyir. O ağaclar bar verəndə bağban sevindiyi kimi, şagirdlərimiz də tələbə adını qazananda, bax, biz də elə sevinir və fəxr edirik. Bu il 4 məzunumuz Tibb Universitetinə qəbul olub. Bu isə o deməkdir ki, hər bir müəllimin və hər bir pedaqoqun o şagirdlərin uğur qazanmasında çox böyük zəhməti və əməyi var. Bir daha məzunlarımızı təbrik edir, tələbəlik illərində onlardan xoş soraqlar gözləyirik.

Müəllimin, valideynin ən böyük sevinci o şagirdlərin tələbə adını qazanmasıdır. Mən də bir ziyalı olaraq, kəndimizin bu məzunları ilə fəxr edirəm və sevinirəm ki, bizim gələcəyimiz belə savadlı, istedadlı gənclərin əlində olacaqdır. Və onlar inanıram ki, bizdən də yüksək zirvələri fəth edəcək, Bəhmənlinin tarixinə yeni bir şərəfli imza atacaqlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK