SON DƏQİQƏ:

Düşməni zorla dost etmək olmaz, professor!

  1609   |  
Şriftin ölçüsü  

Adəti üzrə səhər açılan kimi birinci ölkə xəbərlərini gözdən keçiririəm, gündəmə nəzər salıram. Bu gün də elə etdim.

Və saytların birində şəxsiyyətinə hər zaman hörmət duyduğum siyasi şərhçi Qulu Məhərrəmlinin açıqlaması diqqətimi çəkdi. “Azərbaycan qanunlarını qəbul edərək düşmənçiliyə son verəcəklərsə, ermənilərin cəmiyyətimizə inteqrasiyasısı sürətli gedəcək. Tərəddüd içində olacaqlarsa, proses müəyyən dərəcədə ləngiyərək uzanacaq”.


Bəli, Qulu müəllimlə tam razıyam. Daha sonra: “Proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud, ləng gedə bilər. Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdır. Amma bu inteqrasiya onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər”. 


Qulu müəllimlə qismən razıyam. Daha sonra: “Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik unutmalıdır ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur” 

Qulu müəllimlə qətiyyən razı deyiləm. “Niyə”sini açıqlayım:


Erməniləri tanımırsınızmı, Qulu müəllim?


Qaraçı taburu kimi dünyaya yayılan ermənilər üçün Rusiyanın Qafqazda möhkəmlənmək məqsədi ilə Azərbaycan torpaqlarında yaratdığı Ermənistan dövləti böyük bir şans eyni zamanda öhdəlik idi... O gündən bu günə ermənilər Azərbaycan torpaqlarında yaşaya- yaşaya azərbaycanlılara qarşı düşmənçiliklə məşğul olublar.
Ermənilər kütləvi yaşamaq hüququ qazandığı yerlərdə mütləq qanlı fəsadlar törətdiyini tarix dönə-dönə təsdiqlədi
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:


Birinci mərhələ 1905-1920-ci illər;
İkinci mərhələ 1948-1953-ci illər
Üçüncü mərhələ 1988-1992-ci illər.

Min qələbə qazansaq da bu tarixlər unudulmamalıdır!

Ümumiyyətlə, Azərbaycan xalqının o gündən bu günə qədər hansı əzablara, əziyyətlərə, işgəncə, soyqırım, faciə, talan-qarət, xəyanət, namərdlik, nankorluq hadisələrinə şahidlik etdiyini bilməmiş deyilsiniz. 
Ürəyimizin başında- Qarabağda yer, yaşamaq hüququ verdiyimiz ermənilərin 30 ildir başımıza hansı oyunları gətirdiyini yenidən yazmağa hacət varmı? 30 ildir yazırıq, 30 ildir erməninin “yer üzünün əhriməni” olduğunu isbat etməyə çalışırıq. Yetərli olmadımı?


Azərbaycan qanunlarını “qəbul etmiş” ermənilərin əməllərini unutdunuzmu?


Bir misal deyim... Hələ 1967-ci il idi... Ermənilər evimizə gəlir, bizimkilər onlara qonaq gedir, çörək kəsir, bir süfrə arxasında otururduq... Bir sözlə, bir-birimizə yağ-bal kimi idik. Ağlımızdan zərrə qədər də olsun “erməni düşməndir” deyə bir fikir keçməzdi. Bax , elə həmingünlərdə 1967-ci idə Xankəndi şəhərinin düz ortasında 3 nəfər azərbaycanlını avtomobildən yerə yıxıb üzərlərinə benzin töküb yandırdılar. 


1988-ci ildən üzü bəri Bakı metrosunda, şəhərarası marşrutda olan terrorlarda nə qədər günahsız azərbaycanlı öldürüldüyündən xəbəriniz var yəqin. Onlar Ermənistandan gəlməmişdilər. Onlar içərimizdə - Bakıda, Gəncədə yaşayan, fürsət düşəndə qanımızı töküb ləzzət alan ermənilər idi. Siz, bu qan içənləri yenidənmi ora dəvət edirsiniz?
Sizə, minlərlə faciələrə şahid qarabağlı kimi düşünməyə vadar edən bir neçə faktıda xatırladım:
Xocalı faciəsi zamanı terrorçu ermənilərin dinc azərbaycanlılara qarşı: qadına, qıza qarıya, uşağa qarşı etdyi vəhşiliyi yenidən təkrarlamaq istəmirəm. Bu bütün dünyanın şahidliyi ilə baş verdi və bunu hamı gördü...Amma bir cümləni xatırlatmasam olmaz. Bunu hadisənin şahidləri deyib: "Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı". Fikrimcə, o qadın sizin yaxın bir qohumunuz, lap qonşunuz olsaydı , bu gün bu fikirləri səsləndirməyə utanardınız... O parçalanan körpənin də, o havalanan qadının da ruhundan utanardınız...


"Mənim gözümün qabağında bir gəlinin qucağındakı körpəyə beş avtomat gülləsi vurub parça -parça etdilər. Həmin gəlini isə sinəsindən güllə ilə vurub öldürdülər. Mənim oğlumu, hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında qızımı gözlərimin qarşısında Xocalının içində öldürdülər. Bir məhsəti türkünü 11 nəfər ailəsi ilə birlikdə evdən çıxmağa qoymadılar, benzin töküb od vurdular, hamısı yandı. Ermənilərin yaşadığı Mehdikənddə 100 nəfərin başını kəsib qanlarını çaya axıtdılar, çayın rəngi qıpqırmızı idi... Ensiz taxtalardı, üzərinə mismarlar vurmuşdular. Qollarıma və əllərimə qoyub çıxdılar üztünə. Təpiklədikcə mismarlar girdi əlimə-qoluma... Mən 48 gün əsirlikdə qaldım, qayıdanda çəkim 72 kq-dan 28 kiloqrama enmişdi". Bunu isə Xocalı sakini Cəmil Hümbətov deyib.


Var olsun Azərbaycan Ordusu, var olsun Ali Baş Komandan! Yaralarımızın qanını, yanan ürəyimizin yanğısını qismən dayandırdılar. Səbbimiz alındı. İndi hər bir ziyalının , hər bir qeyrəti olan Azərbaycanlının borcudur ki, dövləti sevsin, onun yanında olsun! 

Bu dövlətin varlığını özlərinə ən böyük həqarət, dərd bilənlər onu sevməyəcək, yanında olmayacaqlar! Azərbaycan qanunlarını saya salmayan, tabe olmayan, Azərbaycan dövlətinə və xalqına düşmən kimi yanaşan heç kəs Azərbaycan ərazisində qalmamalıdır. Bu xalqı sevməyən, bu xalqın qanına yerikləyən erməni də rədd olub hansı cəhənnəmə istəyir gedə bilər.. 


Düşməni zorla dost etmək olmaz, professor! Atalarımızda deyib axı qarı (əbədi) düşmən dost olmaz, yedirsən yağı-balı .. 
Havayı yerə körpü tikməyin!


Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK