adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Sentyabr 2021 09:01
1149
DÜNYA
A- A+

Niderlandın XİN rəhbəri istefa verib

Niderlandın xarici işlər naziri rəhbəri Siqrid Kaaq istefa verib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, S.Kaaqın istefa verməsinə səbəb parlamentin aşağı palatasının Əfqanıstandan təxliyənin pis təşkil edilməsi səbəbindən ona etimad göstərməməsi olub.

Kaaq parlamentdəki səsvermədən sonra istefa vermək məcburiyyətində deyildi, ancaq partiyaların bu mövzuda fikirlərini nəzərə alaraq istefa verməyi seçib.

Sabiq nazir "Demokratlar 66" partiyasının rəhbəri vəzifəsində işini davam etdirəcək.