SON DƏQİQƏ:

Dünyanın ən qısa müharibəsi

  493   |  
Şriftin ölçüsü  

Bəşər övladı tarix boyu yüzlərlə savaşlardan keçib savaşı, qırğını bitməyən bugünlərinə gəlib çıxıb. Bütün savaşların da təməli bəşər övladının çıxarları oldu. Biri dinini yaymaq üçün savaşdı, biri hökmranlığını, biri torpaqlarını artırmaq üçün, biri sərvətini. Elə, ya belə mütləq qan çıxmalı idi.

Torpaqlarının dəyəri uzun müddət itməyəcək bir Afrika.

Onu ələ keçirmək istəyən qüvvələr.

Afrika müstəmləkəçi qüvvələrin mühasirəsində.

Afrikanın biraz aralığında iki kiçik adadan ibarət olan Zənzibarda gerçəkləşən müharibə dünyanın ən qısa müharibəsi kimi tarixə keçir.

Bu müharibə İngilətərə ilə Zənzibar arasında baş tutur.

1896-cı il.

27 avqust.

“Biz Afrikaya yardım edirik” adıyla Afrikada təşkilat quran ingilislər müstəmləkəçilərin ən başında duranlar idi.

Zənzibarın sultanı Hamad bin Tuvayini ingilislərin boyunduruğu altında yaşamağı qəbul edən sultanlardan biri idi.

Bir gün bu ingilis bayrağına bürünüb yatan Tuvayini yuxudan ayılmır. Sultanın valisi Hamad Bin Muhammad atasının yerinə keçir. O da ingilis sevgisini davam etdirən bir gəncdir.

Ortada qazandıqlarını ingilislərin yeməsindən təngə gələn Zənzibar xalqı var.

Kalid bin Barqaş hərbi çevrilişlə hakimiyyəti ələ keçirir.

Deyir ki, nə ingilislər olacaq bu ölkədə, nə də ingilislərə heyranlıq duyanlar.

İngilis kral bunun qarşısında mat qalır. Qazana bilməyəcəyin müharibəyə can atmaq kimin nəyinə lazımdır?

Taxtı buraxıb getməsi üçün sultana bir məktub göndərilir. Amma çifayda. Barqaş Zənzibarın müstəqilliyi üçün canını da verməyə hazırdır. Rəsmi iltimatiumla yenidən nəyəsə cəhd olunsa da, bir nəticəsi olmur.

İngiltərə son çarə olaraq Zənzibara müharibə elan etməyi görür.

Xəbəri alan Barqaş Zənzibar tarixinin ən böyük ordusunu yığır. Ən böyük deyəndə çox da böyük rəqəm nəzərdə tutulmur. Maksimum 2800. Bugün Zənzibar kimi kiçik ada ölkəsinin əhalisi 1,5 milyondursa, 1896-cı ildə nə qədər olub, təsəvvür edin.

Bəs ingilislər?

Adadan əvvəldən var olan 900 əsgər və 150 nəfərlik heyəti olan donanma. Cəmi 1050 nəfərlik ordu.

Səhər 09:02.

İngilislər gəmilərdən Zənzibara bomba atır və müharibə rəsmən başlayır.

Zənzibar ordusu sultanın sarayını qorumağa hazırlaşarkən artıq bombalar saray divarlarını vurmağa başlayır.

Çarəsiz qalan sultan adadakı səfirliyə gedir.

Sizcə bu hansı ölkənin səfirliyidir?

1800-cü illərin əvvəlindən dolayısı ilə hər hadisənin içində olan, müharibələrin son dəqiqələrində gəlib tale dəyişdirən Amerika!

Amerika o zamanlar ingilislərin önündə böyük qüvvə deyildi. Və elə buna görə də Amerika “bitirin müharibəni, barışın” deməklə aradan çıxır. İngiltərə isə Zənzibarı çevrəyə almış, kraliyyət donanması öz işini görürdü.

Saray dayanmadan vurulur.

Axır ki gözlədiyimiz hadisə baş tutur.

Zənzibar ağ bayrağını qaldırır.

Saat 09:02-də başlayan müharibə 09:40-da sona çatır.

Və bu müharibə cəmi 38 dəqiqə davam edərək tarixin ən qısa müharibəsi olur.

Zənzibar ordusu 500 nəfərə yaxın itki verir.

İngilis ordusundan isə bir nəfərin belə burnu qanamır.

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK