adalet.az header logo
  • Bakı 26°C
  • USD 1.7
09 Sentyabr 2021 14:49
723
DÜNYA
A- A+

RUSİYA NATONU NECƏ DAĞIDACAQ...

Rusiya  üzrə mütəxəsis, amerikalı tanınmış diplomat Maykl Makfol, ABŞ, Rusiya və Çin mühasibətləri ilə bağlı keçirilən müzakirələrdə rusların NATO-nu necə dağıda biləcəyini özünəməxsus şəkildə izah edib. Vladimir Putinin Rusiyanın sərhədləri yaxınlığında cəmləşdirilən Qərbin hərbi blokunu dağıtmaq arzusu artıq hamıya məlumdur. Lakin o, bunu necə həyata keçirə bilər sualı isə qaranlıq olaraq qalmaqdadır. Makfol buna aydınlıq gətirmək üçün bir neçə ideya irəli sürür.

Bununla yanaşı amerikalı demokrat qeyd edir ki, Rusiya bir başa NATO-ya üzv avropa dövlətlərilə baş-başa gəlməyəcək. Putin hərbi blokun əleyhinə olan siyasi qüvvələrlə  işini quracaq. Moskvanın apardığı dağıdıcılıq işinin müvəffəqiyyətli tərəfləri Macarıstan timsalında görünməkdədir.

Beynəlxaq münaqişələr üzrə mütəxəsis Makfol, onu qorxudan iki variant təqdim edib. Birincisi, təmiz məişət zəminində münaqişə yaratmaq üçün hazırlanan ssenari...Məsələn, Rusiyanın sərhədləri yaxınlığında yerləşən səhərcikdə estoniyalı sərxoş gənclər rusiyalı gənclər ilə mübahisə edir və dalaşırlar. Dava zamanı rus gənclərdən biri ölür və Putin qisas almaq üşün sərhəddin o tərəfinə xüsusi təyyinatlılarını göndərir. Xüsusi təyinatlılar bir neçə eston gənci öldürüb Rusiyaya geri qayıdirlar... Düşünmək üçün sual - belə olan halda NATO alyansa üzv dövlətin ərazilərinə daxil olmaqla öldürülən eston gənclərinə görə Rusiya ilə müharibəyə başlaya bilərmi?  

Təbii ki, inandırıcı deyil. Yəqin ki, belə vəziyyətdə Parisdə, Romada və Berlində hücuma hazırlaşmaq əvəzinə müxtəlif bəhanələr axtarmağa başlayacaqlar. Bu isə, artıq NATO-nun Moskvanı alyansa üzv dövlətin ərazisində özbaşınalığına görə  cəzəlandırmaq gücünün olmamasını göstərəcək və faktiki olaraq dağılması  anlamına gəlir.

Və yaxud, keçmiş səfirdən başqa bir misal: “Deyək ki, Çernoqoriyada çevriliş zamanı ruspərəst qüvvələr hakimiyəti ələ alır( 2016-cı ildə qərb belə bir məlumat yaymışdı ki, guya Moskva bu ölkədə çevriliş planı hazırlamışdı, lakin istədikləri alınmamışdı). Bu halda NATO Moskvanın müdafiə etdiyi işğalcılara qarşı qəti və sərt tədbirlər görə biləcəkmi?... Bilməyəcəksə, onda dünyanın ən böyük hərbi alyansı sayılan NATO-nun nüfuzu parça- parça olacaq”. 

Təbii ki, qərbin bu qorxu və həyəcanı səbəbsiz deyil. NATO- ya üzv dövlətlərdə, Fransada, İspaniyada, Almaniya və İtaliyada bu il aparılan sorğularda, “NATO-ya üzv dölətlərdən birinə Rusiya hərbi müdaxilə edərsə, digər alyansa üzv dövlətlər bu müharibəyə qoşulmalıdırmı” sualına, əksəriyyət çoxluq, “yox” cavabı vermişdi.

Makfol əbəs yerə Estoniyanı misal gətirmir. Qərbin hərbiçiləri, siyasətşiləri, ekspertləri,politoloqları artıq illərdi üçüncü dünya müharibəsinin ilk qurbanlarının məhz Pribaltika dövlətləri olacağını bildirirlər.

Əfqanıstandakı məğlubiyyətdən sonra, formal da olsa ABŞ-la birlikdə vuruşan NATO ölkələri, alyansın gələcək perspektivlərinə inamsızlıq yaranması ilə bağlı müzakirələr aparırlar. Çexiyanın prezidenti Miloş Zeman artıq, hərbi blokun Əfqanıstanla bacarmadığını dilə gətirib və “bəlkə  biz NATO-ya havayı yerə pul xərcləyirik”- deyə bildirib.

NATO-ya qarşı inamsızlıq artmaqdadır. Təbii ki, Rusiyanın təbliğat maşınları da bu məsələylə bağlı bütün resurslarını işə salıb, alyansın gücsüzlüyünü “sübut” etməkdədi.

 

Kr.ru saytının materialları əsasında:

Rüstəm Hacıyev