adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Sentyabr 2021 09:33
1609
İDMAN
A- A+

Azərbaycandan daha 2 qızıl medal

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Adalet.az xəbərə verir ki, para-atletimiz Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyaraq paraolimpiya rekordu qırıb. Digər para-atletimiz Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.