SON DƏQİQƏ:

Ay camaat, Şuşaya gedirəm...Əbülfət Mədətoğlu yazır

  1113   |  
Şriftin ölçüsü  

İkinci yazı

...Səbirsizliyin, rahatsızlığın gözləməyi sən demə əbəs deyilmiş. Ürəyimə daman, ağlıma gələngerçəkləşmişdi. Belə ki, deyilən məqamda şəxsiyyət vəsiqəm əlimdə Respublika otelininqarşısında növbə tutdum. Elə növbədə də öyrəndim ki, şair dostum, həmkarım Emin Piri Şuşayagedə bilməyəcək. Çünki yoxlamanın nəticəsi yaxşı çıxmamışdı. Bu xəbər həqiqətən məni üzdü. Çünki döyüşə-döyüşə, əlində silah Füzulini, Hadrutu, Tuğu keçən Emin Şuşaya əlində qələmgedə bilmədi. Bu, çox üzücü bir hal olsa da, bunun özü də bir qədərdi, bir yazıdı. Ola bilsin ki, növbəti səfərlər Emin üçün daha uğurlu, daha maraqlı olacaq. Bütün hallarda mən növbəmigözləyirdim. Növbəmi gözlədiyim o bütün halların içərisində də haldan-hala düşürdüm. Bu dasəbəbsiz deyildi. Ən əsas səbəb təbii ki, Şuşaya gedənlərin ayrı-ayrılıqda hər biri idi. Yəni, mənəksəriyyətini tanıdığım dəyərli ziyalıların yanında tanımadığım, rast gəlmədiyim simaları dagörürdüm. İkincisi COVİD-in yaşatdığı hal idi. Onun əhatə dairəsindən çıxa bilmirdim. Üçüncüsü də, bu növbədən sonra başqa bir növbənin olub-olmayacağı barəsində ətrafımda gedəndiskusiyalar idi. Hər kəs bu yoxlamaya öz bildiyi, öz anladığı kimi qiymət verib öz baxışbucağından çıxış edərək nəyin doğru, nəyin yalnış olduğunu sübut etməyə çalışırdı...

Ən maraqlısı bu idi ki, Şuşaya gedən bizlər dəfələrlə Heydər Əliyev Fondunun təmsilçilərininetdiyi xəbərdarlıqlara baxmayaraq məsafə saxlamağı unudur, necə deyərlər, ağız-ağıza, burun-buruna dayanırdı. Mən heç kimi qınamıram, heç kimdə də günah görmürəm. Heç görməkixtiyarım, haqqım da yoxdu. Çünki biz millət olaraq, xalq olaraq həmişə bir-birimizin gözününiçinə baxıb söhbət etməyi, bir-birimizlə ən yaxın məsafədə dayanmağı sevmişik. Necə deyərlər, aramızdan su keçməyib. Elə COVİD-19 da artıq anlayıb ki, o bizi bir-birimizdən məsafədəsaxlaya bilməyəcək. Bu məqamda doğma bir səs məni fikirdən ayırır. Çevrilib baxıram. Gözəlyazıçı, dramaturqumuz, publisistimiz Əli Əmirlinin səsidi:

- Xoş gördük Əli müəllim, nə gözəl təsadüf – deyirəm. 

Həqiqətən xətrini də, yaradıcılığını da çox sevdiyim Əli müəllimin bu dəstədə olması mənifərəhləndirir. Birinci ona görə ki, o bu səfəri öz qələmi ilə haqq etmiş ziyalıdı. İkincisi, ƏliƏmirlinin şəxsiyyəti ilə yaradıcılığını bütöv təqdim edən nurlu bir İnsandı. Üçüncüsü, mən buziyalını izləməyi, ondan bəhrələnməyi həqiqətən özümün ən maraqlı işlərimdən biri sayıram. Eləbu arayışı sizə təqdim etdiyim, daha doğrusu, içimdə yazıb sıraladığım vaxt Əli müəllim dəmənim Şuşa səfərinə getdiyimə sevindiyini bildirərək məni təbrik etdi. Sonra əlavə olaraqxatırlatdı ki, indi Mustafa da gələcək (söhbət dəyərli yazıçımız Mustafa Çəmənlidən gedir – Ə.M.).

Yavaş-yavaş səfər yoldaşlarım Respublika otelinin qarşısına toplaşır. Baxıram, gələnlərinarasında xalq yazıçısı Anar, xalq yazıçısı Elçin, böyük sənətkarlarımız Polad Bülbüloğlu, FərhadBədəlbəyli, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, JaləƏliyeva, Fazil Mustafa, dövlət xadimləri Həsən Həsənov, Vilayət Quliyev və digərləri iləbirlikdə mənim tanıdıqlarım Zakir Fəxri, Vaqif Bəhmənli, Əli Mahmud, Ələmdar Quluzadə, Etimad Başkeçid, Yusif Rzayev, Elxan Qaraxanlı, Barat Vüsal, Vaqif Aslan, Vaqif Yusifli, QafarCəfərli, İsmayıl İmamzadə, Asim Yadigar, Adil Cəmil, Təranə Vahid, Rəsmiyyə Sabir, FəridHüseyn...

Bui lk baxışdan görüb göz yaddaşına köçürtdüyüm səfər yoldaşlarımdır. Onların arasında Şuşanıartıq bir neçə dəfə ziyarət etmiş Zahid Abbasov, həmçinin Vasif Quliyev də var.   Böyük həvəsləadlarını diktə etdiyim həmkarlarımdan kiminlə bir maşında yol yoldaşı olacağımı, daha doğrusu, olmaq istədiyimi fikrimdən keçirdirəm. Bu da təbiidir. Adətən, yol yoldaşı məsafəni qısaldan, onu daha maraqlı edən adam olanda yorğunluq hiss etmirsən. Bir az da konkret ifadə etsəm, oyolun necə keçib getdiyini, mənzil başına necə çatdığımı son məntəqədə duyub anlayırsan. Məhzbu səbəbdən də mən özüm üçün iç dünyamda yol yoldaşı seçirdim. Tam səmimi deyim ki, seçdiyim həmin insanlardan yalnız iki nəfəri mənimlə bir maşında Şuşaya gedəsi oldu. Onlardanbiri AYB-nin Lənkəran şöbəsinə rəhbərlik edən dostum Qafar Cəfərli, digəri də Şuşada haqqıolan, Şuşa mədəniyyətinin qoruyucusu, yaşadıb bu günə gətirib çıxaran Zahid Abbasov idi...

Bəli, testdən keçdik. Tapşırıq verildi ki, sabah saat 7-də yenə bu məkanda olmalıyıq. BuradanŞuşaya yola düşəcəyik. Özümüz üçün zəruri olan əşyaları götürməyi məsləhət bildilər. Tövsiyəetdilər ki, şəxsiyyət vəsiqəmizi unutmayaq. Çünki Şuşada da oteldə qeydiyyata düşmək lazımgələcək. Beləcə, avqustun 29-nu yaşamaq mənim üçün həm asan oldu, həm də çətin. Ona görəçətin oldu ki, günün qalan vaxtını yenə düşünməli, yenə xatirələrlə qol-boyun olmalı idim. Şuşalıgünlərimi, Şuşadan son ayrılığıım təkrar yaşamaq heç də asan deyildi. Bir tərəfdən ekranlardayayımlanan görüntülər, Şuşanın indiki günləri, bir tərəfdən də Şuşadan ayrılana qədərgördüklərim...

Bax, bunların arasında var-gəl edə-edə bir çıxış yolu axtarırdım. Köməyimə dostlarla vaxtkeçirtmək istəyi düşdü. Amma sonra vaz keçdim. Düşündüm ki, Şuşaya getməmişdən öncəBuzovnada yaşayan qızımla – Sənubərimlə görüşüm. Elə də etdim. Havanın istiliyinəbaxmayaraq, üz tutdum Buzovnaya. Gəlişimdən o da şad oldu. Gedəcəyimi eşidəndə isə bir aztutuldu. Axı o Şuşanı görməmişdi. Həm yolun uzaqlığı, həm ürəyimdəki problemlər, həm də bupandemiya zibil onu narahat edirdi. Mən də həmişəki kimi onunla zarafatımdan qalmadım:

- Sənuşum, heç narahat olma, ordan sənə bir yekə qucaq dolusu söz-söhbət gətirəcəm. Üç gün üçgecə danışacam, qurtarmayacaq. Yaz olsaydı Xarı Bülbülü də gətirərdim. Qalsın Xarı Bülbülməsələsi gələn səfərə. Qismət olar gələn yaz ailəvi gedərik, özünüz yığarsız Xarı Bülbülü. Hə, bir də imkan olsa, sənə bir ovuc İsa bulağının suyunu gətirəcəm. Belə deyə-deyə ovcumu da elətutdum ki, sanki İsa bulağının suyu axıb dolacaq ovcuma...

Axşamçağı qayıtdım şəhərə. Yır-yığış etməyə başladım. Sanki bu dəqiqə yola düşəcəm. Elə bilki, maşın dayanıb qapının ağzında məni gözləyir. Sürücü də əlini qoyub siqnalın üstünə...

Bütün bu rahatsızlığım, səbirsizliyim yavaş-yavaş ailəyə də sirayət edirdi. Nəvələrim, hərəsi birtərəfdən sallaşıb tez-tez soruşurdular:

- Baba, elə indi gedirsən? Gecəni bizlə qalmayacaqsan?

- Mən də gülümsəyərək (bununla içimdəki səbirsizliyi gizlədirdim – Ə.M.) onları öpüb vədarıxmayın sabah gedəcəm. Siz onda yatıdı olacaqsız, - dedim. 

Bu yerdə bir daha etiraf edim ki, həqiqətən çox səbirsiz olmuşdum. İnanın ki, dözə bilməyibmaşına əyləşdim və digər nəvəmi görmək bəhanəsi ilə evdən çıxdım...

 

Yarıb keçir səngəri,

İradəsi, qeyrəti...

Ayaqdadır bu günlər –

İnsanlığın heyrəti!..

 

Öpür durmadan bir an,

Barmaqları tətiyi...

Düşmənin bayrağına –

Möhür vurur təpiyi!..

 

Atlanmış Ağatlıdı,

Qaranlığı yarır O!

Yeldən də qanadlıdı –

Şuşamıza varır O!

 

Bəli, 44 günlük müharibəmizin ilk günlərində yazdığım bu şeir gəlib düşdü yadıma. Mən onuiçimdə təkrarlaya-təkrarlaya səhərin açılmasını gözləyirdim... Gözləyirdim ki, Respublikaotelinin qabağında əyləşəcəyim maşının yola düşməsi işarəsi verilsin... və bir də gözləyirdim ki, maşında mənimlə birlikdə olacaq dostlarımın kimliyini öyrənim... Gözləyirdim ki, maşınlar yoladüşəndə hamı bir ağızdan desin:

- Biz Şuşaya gedirik!

- Şuşa, biz gəlirik!

- Şuşa, sən bizimsən!

- Şuşa, biz bir daha ayrılmayacağıq!

- Şuşa, görüşümüz mübarək!

 

...Birnəfəsə etdiyim pıçıltılar, içimdə təkrarladığım diləklər yadıma yenə 10 noyabr 2020-ci ildəyazdığım şeiri saldım. Onda yazmışdım ki:

 

İllə, ayla gözlədim

Günlə, sayla gözlədim...

Qışla, yayla gözlədim –

Mən bu günü!

 

Dərd-ələmlə gözlədim,

Vaxt-sələmlə gözlədim...

Mərd qələmlə gözlədim –

Mən bu günü!

 

Para yurdla gözlədim,

Son umudla gözlədim!

Bir Boz Qurdla gözlədim –

Mən bu günü!

 

«Ah» geyinib gözlədim,

Gah deyinib...gözlədim

Şah! – deyildi, gözlədim –

Bax bu günü!

 

Şuşada görüşərik, inşallah!.. Səbirli olun ki, mənimlə birlikdə gəzə biləsiz Şuşanı!... 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21
2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK