SON DƏQİQƏ:

Aqil ABBAS: PİONERLİK  LƏĞV OLUNUB, O YAŞDA UŞAQLAR DA LƏĞV OLUNUB?!

 

  39389   |  
Şriftin ölçüsü  

Səhər-səhər Rusiya telekanallarının birində belə bir süjet göstərdilər. Hansısa bir əyalətində meşə yanğınları davam edir və yanğın gəlib pioner düşərgəsinin bir kilometrliyinə çatıb. Məcbur olub uşaqları təxliyyə ediblər. Bəzilərini valideynlərinə qaytarıblar, qalanlarını isə təhlükəsiz bir yerdə çadırlardan düşərgə yaradıb ora yığıblar.

Yəni onu demək istəyirəm ki, Rusiyada pioner düşərgələri bütün ölkə ərazisində fəaliyyət göstərir, hətta Rusiyanın ilhaq etdiyi Krımdakı məşhur «Artek»də də çal oynasın, vur çatlasındı.

Bəli, Rusiyada, hətta pandemiyaya baxmayaraq, pioner düşərgələri fəaliyyət göstərir. Yəni hökumət gələcək nəslin qulluğundadır.

Vaxtilə Azərbaycanda da həm Bakının kəndlərində, həm də əlverişli iqlim şəraiti olan regionlarda pioner düşərgələri vardı. Elə təkcə Şuşada bir neçə belə düşərgə fəaliyyət göstərirdi. Qarabağ rayonlarının məktəbliləri iki ay yayı həmin düşərgələrdə istirahət edir, təlim-tərbiyə alır, səfərlərə, ekskursiyalara aparılırdı.

Yadımdadır, təəssüf ki ili unutmuşam, bir qrup pioneri Qaz-53 maşınla Cıdır düzünə gətirmişdilər. Sürücü səhlənkarlığı ucbatından içi məktəblilərlə dolu maşın uçuruma doğru hərəkətə keçmişdi. Bir vay-şivən qopmuşdu ki, dəhşət idi. Həm Cıdır düzündə istirahət edənlərin çığırtısı, həm də uşaqların bağırtısı.

Bu vaxt Cıdır düzündə istirahət edən bir nəfər yüyürüb maşının arxa təkərinin qabağında qılçalarını qucaqlayaraq domuşub təhlükənin qarşısını almışdı. Özü isə təkərin altında əzilərək ölmüşdü. Sonradan məlum oldu ki, həmin şəxs müəllimiymiş. Ömrünü məktəblilərin təlim-tərbiyəsinə həsr edibmiş və sonda da ömrünü onlara bağışladı. Bu hadisə Qarabağda çox böyük əks-səda vermişdi.

Nə isə…

Gələk pioner düşərgələrinə. Bakıda, elə təkcə Buzovnada, Mərdəkanda, Bilgəhdə bir neçə pioner düşərgəsi vardı. Universitetdə oxuyarkən yayda iki ay Oktyabr (Yasamal) Komsomol Komitəsi bəndənizi Buzovnadakı düşərgələrin birinə tərbiyəçi göndərmişdi.

Sağ olsun partiya və hökumətimiz, həmin pioner düşərgələrini su qiymətinə oliqarxlara və imkanlı məmurlara satdı. İndi həmin pioner düşərgələrinin yerində əzəmətli villalar ucalır.

Yadıma düşmüşkən, hətta şəhər və rayonlarda pionerlərin yay düşərgələri də var idi. Bu nə idi? Məsələn, Ağdamda yayda bulvarı verirdilər məktəblilərin ixtiyarına. Onlar da müəllimləri ilə birlikdə burda kütləvi tədbirlər keçirirdilər. Ağdam Həmkarlar Təşkilatının sədri rəhmətlik Zeynal Məmmədov da bulvara toplaşmış məktəbliləri günorta yeməyi ilə təmin edirdi.

Bu il keçdi, heç olmasa hökumət bu barədə fikirləşməlidi, təbii ki, pandemiyadan başı açılsa.

Bakıda, şimal və cənub bölgələrində, Naxçıvanda belə düşərgələr yaratmaq mümkündü.

Qarabağ da azad olunub, Kəlbəcərdə, Laçında, Qubadlıda və xüsusilə də Şuşada məktəbli düşərgələri yaradılmalıdır.

Təhsil Nazirliyi də bu barədə fikirləşsə yaxşı olar. Layihələr hazırlayar, bunu ayrı-ayrı şirkətlər də tikə bilər və təbii ki, Heydər Əliyev Fondu da digər humanist addımlarda fəal rol oynadığı kimi, məktəbli düşərgələrinin yaradılmasında da öz köməyini əsirgəməz.

Ulu Öndərin belə bir kəlamı var: «Gənclər Azərbaycanın gələcəyidir!» Azərbaycanın gələcəyi olan o gənclər də bu gün orta məktəblərdə oxuyurlar. Bu gün həmin uşaqların qədrini bilməsək, Azərbaycanın gələcəyi necə ola bilər, fikirləşirsiniz, cənablar?!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK