adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
15 Avqust 2021 17:43
24571
İDMAN
A- A+

Əfsanəvi futbolçu vəfat etdi

Almaniya millisinin və “Bavariya”nın sabiq hücumçusu, futbol tarixinin ən yaxşı bombardilərindən olan Herd Müller vəfat edib.

Adalet.az xəbər verir ki, 76 yaşında dünyasını dəyişən əfsanəvi futbolçunun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Müller karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olmuşdu. O, üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə “Bavariya”da çıxış edib, eləcə də Almaniya millisinin uğurları üçün çalışıb.