SON DƏQİQƏ:

Ermənistan gerçəkliyi unudur

  51129   |  
Şriftin ölçüsü  

Son vaxtlar dünya mediasında, xüsusilə ermənipərəst mövqe ilə seçilən informasiya agentliklərinin yaydığı məlumatlar içərisində ən çox tirajlanan məsələlərdən biri ATƏT-in Minsk qrupu ilə bağlıdır. Belə ki, ortaya atılan məsələlərin kökündə «ölmüş bir qurum»u yenidən dirçəltmək və onun vasitəsi ilə də  Azərbaycana təzyiqlər göstərmək niyyəti demək olar ki, bütün yayılan bilgilərdə ana xətti təşkil edir. Hətta bugünlərdə hökumət şurasının iclasını keçirən Ermənistanın baş naziri Paşinyan birmənalı şəkildə vurğulayıb ki, «Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır və ATƏT-in Minsk qrupu komplekt təklif gözləyir». Elə bu sözün, bu fikrin özünə ayrı bir vətəndaş mövqeyi ilə baxsaq, onda görərik ki, Ermənistanın baş naziri özünün də imzaladığı üçtərəfli bəyanatı yumşaq desək, unudub. Çünki həmin imzalanmış sənəddə Ermənistan üzərinə götürdüyü məsələlərdən biri də  Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələrini çıxarmaqdır. Çox təəssüf ki, bu məsələnin həllinə nəzarət  etməli olan Rusiyanın sülhməramlıları da öz üzərinə düşən vəzifəni icra etmirlər. Onların gözü qarşısında Azərbaycan ərazilərində, yəni, sülhməramlıların yerləşdiyi torpaqlarımızda ermənilər yeni mövqelər qurur, necə deyərlər, hərbi postlar yaradırlar. Bu da o deməkdir ki, erməni tərəf kiməsə, nəyəsə güvənərək revanc etmək niyyətindədi. Amma...

Məlum olduğu kimi Azərbaycan prezidenti, cənab İlham Əliyev dəfələrlə  öz çıxışlarında ən yüksək kürsülərdən səsləndirdiyi fikirlərdə də vurğulayıb ki, «Dağlıq Qarabağ adlı qurum yoxdu və bu problem həll edilib. Onunla birlikdə status məsələsi də gündəmdən çıxarılıbdı və ona bir daha qayıdılmayacaq». Belə olduğu halda və bunu da 10 noyabr 2020-ci il bəyanatını imzalayan Ermənistanın baş naziri, həmçinin Rusiya tərəfi yenidən Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirməsi, erməni tərəfinin iddia etdiyi kimi, onların hüquqlarının bərpası ən azı absurd bir düşüncənin məhsuludu. Yəni, 44 günlük ikinci Qarabağ savaşında Azərbaycan ordusu torpaqlarımızı 30 illik işğaldan azad etdi, dövlət sərhəddimiz bərpa olundu. Bu gün Azərbaycanın yeganə problemi işğaldan azad edilmiş ərazilərdə infrastrukturu bərpa etmək, həmin torpaqların əbədi və əzəli sakinlərini öz yurd-yuvalarına qaytarmaqdır. Yəni, qarşımızda  duran ən zəruri problem və həllini gözləyən məsələ işğaldan azad olunmuş ərazilərə nəfəs vermək, həmin əraziləri yenidən Azərbaycanın cənnət guşələrinə çevirməkdir. Bu məqsədlə də Azərbaycan Prezidenti müvafiq qərar və sərəncamlar imzalayır, göstərişlər və tapşırıqlar verir. Elə bugünlərdə yaradılan «Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi» də məhz həmin böyük məqsədə xidmət edir. Ölkə rəhbərliyinin işğaldan azad olunmuş ərazilərdə öncə minalardan təmizləmə prosesini sürətləndirilməsi, həmçinin Şuşada, Zəngilanda, Qubadlıda, Füzulidə, Ağdamda və digər ərazilərimizdə təmir bərpa işlərinə başlaması, yeni tikinti sahələrinin yaradılması artıq böyük bir layihə kimi gerçəkləşdirilməkdədir. Rəsmi informasiyalara istinad edərək   deyə bilərik ki, Füzuli hava limanı sentyabr ayının 5-də ilk təyyarəsini qəbul edəcəkdir. Bu da o deməkdir ki, Azərbaycan qarşı tərəfin, yəni ermənilərin təxribatlarına baxmayaraq, özünün müstəqil dövlət siyasətini uğurla yerinə yetirməkdədir.

Amma məsələnin digər bir tərəfi də danılmazdır ki, bu da düşmənin təkcə Kəlbəcər, Laçın, Gədəbəy istiqamətlərində deyil, həmçinin Naxçıvan istiqamətində də tez-tez atəşkəsi pozması mövqelərimzi atəşə tutması onların gizli niyyətlərinin bir növü sərgiləmiş olur. Politoloqların, siyasi şərhçilərin fikirlərinə görə, düşmən tərəf bu vasitə ilə Azərbaycanın Ermənistanla bütün sərhəddi boyu Rusiyanın, həmçinin MDB-nin əsgərlərinin yerləşdirilməsinə cəhd göstərir. Onların bu istəyi də məhz həm Azərbaycana təzyiq göstərmək, həm də Dağlıq  Qarabağ adlı qurumu yenidən yaratmaq niyyətindən qaynaqlanır. Düşmən unudur ki, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanından bütünlüklə fərqlənir. Bu gün Azərbaycanın qüdrətli ordusu, dəmir yumruğu və iqtisadi-siyasi gücü, həmçinin dünyanın qəbul etdiyi siyasi rəhbəri var. Ona görə də ermənilərin təxribatları da onlara havadarlıq edənlərin bu və ya digər formada gündəmə gətirdikləri
məsələlər də heç bir əhəmiyyət kəsb etmir. Bununla bağlı Azərbaycan XİN-nin son bəyanatında da bildirilib ki, «Ermənistan XİN-nin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində «Tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 2020-ci il noyabrın 10-da Moskva  vaxtı ilə 00:00-dan etibarən dayandırılması» elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası «tutduqları mövqelərində dayandıqları» qeyd olunub. Vurğulamaq istərdik ki, «dayanmaq» sözü bu və ya digər kontekstdə «qalmaq» mənasını vermir. Bu, həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir».

 Bu bəyanatdan da göründüyü kimi, Azərbaycan tərəfi 2020-ci il noyabr ayının 10-da  imzalanmış bəyanatın bütün bəndlərinə əməl etməklə öz ərazi bütövlüyünü təmin edilməsi üçün üzərinə düşən vəzifələri birmənalı şəkildə yerinə yetirir. Baxmayaraq ki, heç bir işə yaramayan, gerçəkdə isə ermənilərin işğalçı siyasətinə dəstək verib göz yuman, problemin çözümünü zaman baxımından dondurmağa çalışmaqla uzadan ATƏT-in Minsk qrupu bu gün yenidən bölgəyə qayıtmaq və burada ermənilərə himayədarlığını yenidən davam etdirmək niyyətindədilər.

Yeri gəlmişkən , onu da qeyd etmək lazımdır ki, Minks qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ-ın  məsələ ilə bağlı gündəmdə olan məlumatlar içərisində bir nüansı da məhz bəyanatı imzalayan tərəflərinin birinin də Rusiya prezidentinin olmasıdır. Əgər məsələyə ayıq-sayıq baxışla diqqət yetirsək, onda görərik ki, maraqlı qüvvələrin Ermənistana uzatdıqları əl dolayısı ilə Rusiya prezidentini də vurmaqdadır. Bir az da konkretləşdirsək, bu, Rusiya prezidentinin imzasına, mövqeyinə açıq-aşkar sayqısızlıqdır.

Ermənistan baş nazirinin və eləcə də, Müdafiə nazirinin Rusiyaya səfərləri, bu səfərlərdən öncə və sonra verdikləri açıqlamalar açıq şəkildə göstərir ki, düşmən ölkədə siyasi qarşıdurma, hakimiyyət davası səngimir. Ermənistanda hər kəs bütün baş verənlər üçün günahkar axtarmaqdansa, öz dövlət bütövlüklərini, gələcək inkişaf perspektivlərini arayıb-axtarmaq, onun üçün çarpışmaq yolunu tapmalıdılar. Əks halda, elə Paşinyanın özünün də dediyi kimi, «Biz qonşu dövlətlərlə münasibətləri nizamlamalı və İrəvanın Regional Kommunikasiyasının blokadadan çıxarılmasına» çalışmalıdır. Yəni, Ermənistanın baş naziri bununla siyasi gediş edərək bildirib ki, «İrəvan Regional Kommunikasiyasının blokadadan çıxarılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin iştirakçı ilə üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır».

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən Ermənistan tərəfi hələ də nəyəsə ümid edir. Amma onlar unudub ki, nəyə ümid edirlər etsinlər, ədalət də Azərbaycanın tərəfindədi, güclü ordu da Azərbaycandadır. Bu ordu öz ali baş komandanı ilə istənilən düşməni yerində oturtmağa qadirdir.

 

Əbülfət Mədətoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

                                          

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK