adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
11 Avqust 2021 14:25
32802
İDMAN
A- A+

Barselona klubu Messinin yoxluğunda - 43 milyon avro itki

"Brand Finance"ın təxmininə görə Lionel Messinin Barselonadan ayrılması klubun marka dəyərinin 137 milyon avro azalmasına səbəb olacaq. 11%-lik bir marka dəyəri itirilməsindən söhbət gedir, çox ciddi rəqəmlərdir. Bu dəyər düşüşü dünya klublar siyahısında dəyərinə görə 2-ci yer olan Barselonanı 3-cü yerə salacaq (Real Madrid - 1, Mançester Yunayted - 2).

Barselona klubu Messinin yoxluğunda təkcə forma satışına görə 43 milyon avro dəyər itirəcək. Bundan başqa Messisiz Barselona ticari müqavilələr, reklam əməkdaşlıqları və s. gəlirlərində də itkilərlə rastlaşacaq. Messinin təkcə meydanda olmaması 17 milyon avroluq bir marka dəyəri itkisi hesab edilir.

Messinin instagram hesabında izləyici sayı (246 milyon) Barselonanın izləyici sayından (100 milyon) 2 dəfədən daha çoxdur. Bu transfer söz-söhbətindən sonra Messinin instagram izləyiciləri son 4 gündə 3 milyon artıb. Messi PSG klubuna transfer olunduqdan sonda PSG-nin instagram izləyiciləri son 24 saatda 4 milyon artıb. PSG-nin rəsmi saytında Messinin böyüklər-kişilər üçün olan formaları qısa müddətdə satılıb, hazırda saytda ancaq uşaq və qadınlar üçün Messi forması qalıb.

 

Tərcümə şöbəsi:

Eminquey