adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
09 Avqust 2021 11:12
32198
İDMAN
A- A+

"Qarabağ" - AEL oyunun hakimləri məlum olub

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Adalet.az xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona yan xətlərdə Silver Koiv və Sten Klaasen köməklik göstərəcək.

"Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.