adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 13:57
18830
GÜNDƏM
A- A+

"Türkiyə gözləmə otağı olmayacaq" - Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına “Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq” sözləri ilə reaksiya verib.

Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun “ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir.

Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.

Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, - deyib.