adalet.az header logo
  • Bakı 7°C
28 Iyul 2021 16:38
175259
GÜNDƏM
A- A+

“Franc Muller”in taladığı Söyüdlü (Zod) qızıl yatağı : Fəaliyyətini dayandırdı

Təbii gözəlliyinə və sərvətlərinə görə başı bəlalar çəkən  Kəlbəcərin talanması prosesi 44 günlük müharibədən sonra səngiyib. Talanın tam dayanmamasına səbəb isə Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşən Söyüdlü (Zod) qızıl yatağı mübahisəli olaraq qalmasındadır.

Ermənistan-Azərbaycan sərhədindəki gərginlik ucbatından Söyüdlü (Zod) yatağı fəaliyyətini bu gün dayandırıb.

Adalet.az xəbər verir ki, bu məlumata görə, yataqdan 150 işçi evakuasiya edilib.

 Yəqin ki, sizə də sirr deyil ki, dünyanın o başından gəlib, Zod qızıl yataqlarını talan edənləri bir çoxu da elə erməni kökənli milyonçular olub.Talanda  “GeoProMining” şirkəti  də vardı, həmçinin  prosesə İsveçrə vətəndaşı olan erməni  Vardan Sirmax adlı şəxs də cəlb olunmuşdu.  V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu.

Məlumatlara görə , ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağının ehtiyatları 112,5 ton, Ağduzdağ və Tuthun yatağlarının qızıl ehtiyatı isə 13 tondan yuxarı təşkil edir. Beləki, 1997-ci ildə Kəlbəcər rayonda sahiblik edən Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. 2010-cu və 2011-ci illərdə erməni şirkəti "Ararat Gold Recovery Company" tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib.

 

Qeyd edək ki, Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

 

 Əntiqə Rəşid