Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
“Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır. Zəngilan və digər bölgələr azad olunduqdan sonra biz Qarabağ–Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılmasına başladıq. Artıq yollar, magistrallar və dəmir yolları inşa olunur. Bizim üçün bu əlaqələndirici xətlər – dəhlizlər, yollar və dəmir yolları – sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. Yollar minilliklər boyunca bəşər tarixini dəyişib və biz əminik ki, bu gün tikdiyimiz yollar da bütün Qafqaz regionunu dəyişəcək, müxtəlif regionları birləşdirəcək, rifah və əməkdaşlıq gətirəcək. Azərbaycan bu marşrut boyunca regionun tam transformasiyasını səbirsizliklə gözləyir və bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə vermək niyyətindədir. Bir daha, bu səfərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm”, - Hikmət Hacıyev qeyd edib.
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 13:37
 31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:54
 31 Oktyabr 2025 11:54 "Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 Milli Məclis Zəfər Günü münasibətilə Prezident və xanımını təbrik edib
 31 Oktyabr 2025 11:39
 31 Oktyabr 2025 11:39 

 Bakı -°C
 Bakı -°C 






