Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.
Adalet.az xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklər düzüblər.
Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.
Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını da ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşü baş tutacaq.
Digər Xəbərlər
 31 Oktyabr 2025 14:16
 31 Oktyabr 2025 14:16 Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO
 31 Oktyabr 2025 12:19
 31 Oktyabr 2025 12:19 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı
 31 Oktyabr 2025 12:05
 31 Oktyabr 2025 12:05 İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Vəkillərə yeni hüquqlar verilir
 31 Oktyabr 2025 11:39
 31 Oktyabr 2025 11:39 “Ailənin təzyiqi ilə “namusun bərpası” məqsədilə zorakı nikaha məcbur edilən qızlarda...”
 31 Oktyabr 2025 11:21
 31 Oktyabr 2025 11:21 Monteneqro Ombudsmanı Səbinə Əliyevanın məktubuna CAVAB VERDİ
 31 Oktyabr 2025 10:58
 31 Oktyabr 2025 10:58 Milli Məclis jurnalistlər üçün bu qadağanı ləğv etdi
 31 Oktyabr 2025 10:29
 31 Oktyabr 2025 10:29 

 Bakı -°C
 Bakı -°C 











