Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda müəyyən edilir

İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid olan Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin də həm adı, həm də dispozisiyasına dəyişiklik edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyəta vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə qanunvericiliyə uyğun cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış bu cür hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə müvafiq cəza tətbiq ediləcək.
Mövcud qanunvericiliyə əsasən, bu əməllər üzrə “xeyli miqdar” dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür.
Təklif edilən dəyişikliyə əsasən bu əməllər üzrə “xeyli miqdar” dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunudşa qəbul edilib.
Digər Xəbərlər
 31 Oktyabr 2025 15:37
 31 Oktyabr 2025 15:37 Palata gələn ilin dövlət büdcəsinə rəyi parlamentə göndərdi
 31 Oktyabr 2025 15:20
 31 Oktyabr 2025 15:20 “AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
 31 Oktyabr 2025 12:48
 31 Oktyabr 2025 12:48 Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur - Yeni qanun
 31 Oktyabr 2025 11:24
 31 Oktyabr 2025 11:24 "Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
 29 Oktyabr 2025 17:34
 29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
 29 Oktyabr 2025 11:07
 29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
 28 Oktyabr 2025 16:54
 28 Oktyabr 2025 16:54 Prezident “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub - FOTOLAR
 28 Oktyabr 2025 16:19
 28 Oktyabr 2025 16:19 

 Bakı -°C
 Bakı -°C 






