SON DƏQİQƏ:

“İrəli” rebrendinq keçirib

  18572   |  
Şriftin ölçüsü  

“İrəli” İctimai Birliyi tərəfindən media nümayəndələrinin iştirakı ilə rebrendinq keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə ölkə ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Girişdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı “İrəli” İctimai Birliyinin yeni loqosu və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub. Həmçinin, qeyd olunub ki, yeni loqo Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” simvolu ilə xalqımızın birlik və həmrəyliyini özündə ehtiva edir. Bununla yanaşı, təşkilatın gələcək planları və yaxın zamanlarda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Rebrendinq tədbirində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat 12 illik fəaliyyəti dönəmində dövlət gənclər siyasətinin inkişafına mühüm töhfələr vermiş, ölkənin aparıcı gənclər təşkilatlarından biri kimi özünəməxsus yer tutmuşdur. Son illər gənclər siyasətinin daha müasir çağırışlar əsasında formalaşmasını nəzərə alaraq, “İrəli” İctimai Birliyinin fəaliyyətinin mahiyyətcə yeni mərhələyə qədəm qoyması təşkilatın ən başlıca məqsədlərindən biri kimi qeyd olunub.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə “İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirləri Kütləvi İnformasiya Vasitələrində işıqlandıran bir sıra media nümayəndələri və qurumları təşəkkürnamə ilə təltif olunublar

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK