adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyul 2021 12:32
31459
DÜNYA
A- A+

Vatikanın mal-dövləti nə qədərdir? - İLK DƏFƏ AÇIQLANDI

Vatikan daşınmaz əmlaklarının sayını ilk dəfə açıqladı. Sənədlər Vatikanın böyük qismi İtaliyada olmaqla, 5 mindən çox daşınmaz mülkə sahib olduğunu göstərir.

Belə ki, Vatikanın İtaliyada 4051, İtaliyadan kənarda London və Paris kimi bir çox şəhərlərin lüks bölgələri də daxil olmaqla 1100-dən artıq mülkü var.

İtaliyadakı mülklərin 92 faizi Roma şəhərində yerləşir.

Açıqlamaya görə, Vatikanın mülklərinin 14 faizi “sərbəst bazar” şərtlərilə kirayəyə verilir.

86 faizi isə xəstəxana, məktəb, monast kimi kilsəyə aid quruluşlar, ya da kilsə işçiləri tərəfindən istifadə olunur. Bunlardan bəziləri pulsuz, bəziləri isə cüzi kirayə pulu qarşılığında istifadəyə verilir.

Mənbə: "REUTERS"

Eminquey