adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Iyul 2021 10:04
32797
HADİSƏ
A- A+

Novxanıda bir nəfər dənizdə batıb

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.