SON DƏQİQƏ:

Şuramızın ictimaisi Nicat Novruzoğlu yazır

  115628   |  
Şriftin ölçüsü  

Son vaxtalar bu söz birləşməsini hər addımbaşı  tez-tez eşidirik - İctimai Şura.  Əvvəl-əvvəl eşidəndə bu birləşmənin şura hissəsi mənə bir az qəribə gəlirdi. Qəribəlik də şuranın əvvəllər hökumət sözü ilə birlikdə yazılmasından doğurdu. Deyirdim bu nədisə elə belə zad deyil. Çünki şura hökumətinin özü elə belə zad olmayıb. O boyda sovet olub. O boyda sovet şura olubsa yəqin ki, bizim də şuramız, özü də ictimai şuramız elə belə zad olmaz. Düzünü deyim ki, yəqin sizlər də təsdiqləyərsiniz ki, şura sözü çox guppultulu səslənir. Elə bilirsən ki, söhbət nə isə bir zəhmli, sanballı qurumdan gedir. Bu cümləmlə fikrim  ictimai şuraların qurum olaraq zəif olmasına işarə vurmaq deyil. Əsla. Sadəcə, sözün ağırlığını bildirmək istəyirəm. 

Bu ağırlıqda sözün yanına nə yazırsan yaz o da istər istəməz şuranın ağırlığından ağırlıq götürər. Məsələn, elə uzağa getməyək. Götürək Mətbuat Şurasını. Görün nə qədər guppultulu səslənir. Bir belə mətbuat təşkilatları var. Mətbuat Şurası kimi heç biri ölkəmizdə tanına bilməz. Mən deyərdim ki, məhz o şura sözü qurumun adının dillər əzbəri olmasında az rol oynamayıb. 

Heç yadımdan çıxmaz. Bir dəfə kəndlərimizin birində bir dostumuzu adi bir kənd sakininə Mətbuat Şurasının  hansısa bir departamentinin rəhbəri kimi təqdim etmişdim. Kəndçi qardaşım köynəyinin yaxasının düyməsini bağlayıb ona yenidən xoş gəlmisiniz dedi. Və bu dəfə onunla iki  əlli görüşdü. Bu məqamda etiraf edim ki, sadə bir kəndçinin ona ikiəlli salam verməsinə səbəb  “şura” sözü ilə bərabər “departament” sözünün də rolu az deyildi. 
İndi bu ictimai şura məsələsi yaman dəbə minib. Hər nazirlikdə, komitədə ictimai şuralar yaradılır.  Bununla bağlı informasiyalar yayılır.

Bu onu təbrik edir. O buna uğurlar arzulayır. Və istər- istəməz maraq səni götürür ki, bu nəmənə şeydi ki, belə təbliğatı gedir. Bu ictimai şura nə olan şeydi? Maraqlananda agah olur ki, “İctimai iştirakçılıq haqqında” qanunumuzun tələblərinə uyğun olaraq  bu ictimai şuralar yaradılır.    

Qanunuda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Həmin bu iştirak da ictimai şuralar tərəfindən həyata keçiriləcək. Öz aramızdı bu “vətəndaş cəmiyyəti institutları” sözü də  yaman guppultulu səslənir haa. 

O qanunun hesabıyla götürsək bu ictimai şuralar sözün həqiqi mənasında xeyli iş görməlidirlər. Bu işlərin siyahısını bura yazsam yer çatmaz. Odur ki, qısaca deyim ki, cəmiyyətlə dövləıt qurumları arasında bir körpü olacaqlar. Mən başa düşdüyüm qədərində cəmiyyətin  üzləşdiyi problemlərin həllinin həyata keçirilməsinə nəzarət edəcəklər. Nə deyim vallah. Allah işlərin avand eləsin. 

Amma mənə bir şey qaranlıq qaldı. Bu ictimai şuraların üzvləri təmənnasız xidmət göstərəcəklər. Niyə? Çünki qanunun 6.7.-ci bəndində göstərilir ki,  ictimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. Yəni könüllülük prinsipi ilə. Mən fikirləşirdim ki, onda bu ictimai şuralarda yer bol olar. Pulsuz yerdə kim işləyər ki? Amma maraqlandım və məlum oldu ki, nəinki yer boşdu hətta o yerlərə özünü dürtmək üçün gərək Azərbaycan variantı variyantlardan yararlanasan. Bəs bu pulsuz işlərdə işləyənlərin marağı nədi? Bax bu sualın cavabını kimdən alasan? Kimi yığıb soruşsan başlayacaq ki, vətən belə getdi, xalq elə getdi, dövlət və dövlətçilik maraqları da ki, öz yerində. Hələ səni borclu çıxardaçaqlar ki, sənin bu sualın çaşqınlıq yaradır. Əslində bu düzdü. Mən çaş-baş qalmışam. İnsan qazancı olmadan bu boyda işin qulpundan niyə yapışsın ki?! Məncə burda bir kölgə var. Bax, o kölgənin altına işıq salmaq lazımdı. İşığı isə gərək elə ictimai şuraçılar özü salsın. Özləri desin ki, bizim bu işlərdə nə marağımız var. Cəsarət və etiraf. 

Ucuz ətin şorbası olmaz deyib atalarımız. Pulsuz ətdən isə...  Hər nə isə. Adınızı tutuzdurmusuz. Gözləyək görək fəaliyyətiniz necə olacaq?!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK