adalet.az header logo
  • Bakı 11°C
05 Iyul 2021 12:04
38286
İDMAN
A- A+

Balotelli Türkiyə klubuna keçir

İtaliyalı futbolçu Mario Balotelli Türkiyənin "Adana Demirspor" klubuna keçə bilər.

Adalet.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Murad Sancak bildirib.

Onun sözlərinə görə, futbolçu ilə 85 faiz razılıq əldə olunub:

"O, yaxın günlərdə Adanaya gələcək. Futbolçu dünya çempionatında iştirak etmək istəyir. Çoxları deyir ki, o, çılğındır, amma narahat olmağa dəyməz, biz adanalıyıq, onu idarə edə bilərik".

Xatırladaq ki, M.Balotelli son mövsümü İtaliyanın B seriyasında çıxış etmiş "Montsa" klubunda keçirib.