Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclasının Protokolu və 2027-2029-cu illər üçün əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb.
Digər Xəbərlər
28 Oktyabr 2026 17:57
Nazirlər Kabineti aksiz vergisi ilə bağlı qərar verdi
28 Oktyabr 2026 17:07
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
28 Oktyabr 2026 17:01
"Azərbaycan Məkkə Konvensiyasına qoşulub" - Kamran Əliyev
28 Oktyabr 2026 16:46
Azərbaycanda aliment artırılacaq
28 Oktyabr 2026 16:45
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu
28 Oktyabr 2026 16:42
Ramiz Mehdiyev AMEA-nın üzvlüyündən çıxarılıb
28 Oktyabr 2026 13:59
Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
28 Oktyabr 2026 13:13


Bakı -°C

