Bakıda yeni park salınır
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.
Adalet.az xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində “The Ritz-Carlton Baku” hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır.
Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir.
Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən, hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaq. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcək.
Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Bu park ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir.
Digər Xəbərlər
26 Oktyabr 2026 19:00
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
26 Oktyabr 2026 12:28
Sabah hava necə olacaq?
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13


Bakı -°C

