"Korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir" - İlham Əliyev
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində deyilir.
Dövlətimizin başçısı qeyd edib ki, torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.
Müraciətdə, həmçinin qeyd edilib: “Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir”.
Digər Xəbərlər
28 Oktyabr 2026 11:54
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
28 Oktyabr 2026 11:29
Azərbaycanda yeni qanun layihəsi hazırlanıb
28 Oktyabr 2026 11:14
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik etdi
28 Oktyabr 2026 11:00
“Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması...”
28 Oktyabr 2026 10:53
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb" - Prezident
28 Oktyabr 2026 10:51
ABŞ vasitəçiliyi ilə gözlənilən Rusiya -Ukrayna danışıqları pozula bilər – Politoloq
28 Oktyabr 2026 10:45
“Türkiyə və Pakistan təmsilçiləri İrana gəlməmişdən 5 gün öncə...”
28 Oktyabr 2026 10:40


Bakı -°C

