adalet.az header logo
  • Bakı 19°C
02 Iyul 2021 10:50
18236
İDMAN
A- A+

AVRO-2020-də 1/4 final başlayır: Belçika millisi ciddi itkilərlə üz-üzə

Bu gün AVRO-2020-də 1/4 final mərhələsinə start veriləcək.

Adalet.az xəbər verir ki, mərhələ Sankt-Peterburqda İsveçrə – İspaniya görüşü ilə başlayacaq.

Bu matçda İsveçrə millisinin və “Arsenal”ın aparıcı futbolçusu Qranit Caka oynaya bilməyəcək. Səbəb onun cəzalı duruma düşməsidir. İspaniyada isə müdafiəçi Xose Qaya zədəlidir və meydana çıxması sual altındadır.

Dünya çempionu Fransanı mübarizədən kənarlaşdırmış İsveçrənin bu gün İspaniya ilə oyunda da həmin performansı göstərib-göstərməyəcəyi maraq doğurur. Tərəflərin indiyədək keçirdiyi qarşılaşmalardan yalnız birində İsveçrə qələbə qazanıb. Bu, İspaniyanın dünya çempionu olduğu 2010-cu il mundialında baş verib. İspaniya məhz ilk qrup matçında İsveçrəyə 0:1 uduzub.  

Günün digər görüşündə isə favoritlər - Belçika və İtaliya qarşılaşacaq. Turnirin ən formada olan iki komandasından biri yarımfinalda məhz İsveçrə – İspaniya cütünün qalibi ilə qarşılaşacaq.

Belçika millisində kifayət qədər ciddi itkilər var. Müdafiəçi Timo Kastan, qapıçı Simon Minyole zədə, yarımmüdafiəçi Naser Şadli şəxsi səbəblərdən meydana çıxa bilməyəcək. Həmçinin komandanın aparıcı üzvləri – Kevin De Brüyne və kapitan Eden Azarın zədə səbəbindən meydana çıxması sual altındadır.

İtaliyada isə zədəyə görə Alessandro Florentsi oynaya bilməyəcək. Əzələsində zədəsi olan mərkəz müdafiəçisi, kapitan Corco Kellininin də meydana çıxması dəqiq bilinmir.

Tərəflər indiyədək doqquz dəfə qarşılaşıb. Bunlardan dördündə İtaliya, üçündə Belçika qələbə qazanıb. Sonuncu dəfə tərəflər sonuncu – 2016-cı ilin Avropa çempionatının qrup mərhələsində qarşılaşıblar və İtaliya bu oyundan 2:0 qalib ayrılıb.

AVRO-2020

1/4 final

20:00 İsveçrə – İspaniya (Sankt-Peterburq)

23:00 Belçika – İtaliya (Münxen)